Cəlilabadda ikimərtəbəli ev külə döndü
1 min read

Cəlilabadda ikimərtəbəli ev külə döndü

Cəlilabadda fərdi yaşayış evində yanğın baş verib.

Canlixeber.com xəbər verir ki, hadisə rayonun Qarğılı kəndində qeydə alınıb.

Məlumata görə, kənd sakini Müslüm Əliyevə məxsus ikimərtəbəli fərdi yaşayış evində naməlum səbəbdən yanğın başlayıb.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri cəlb edilib. Yanğının qarşısı alınsa da, ev tamamilə yanaraq yararsız vəziyyətə düşüb.

Hadisənin başvermə səbəbləri araşdırılır.