Xəbər lenti
Sosial
Sonuncu xəbərlər
Ötən il səkkiz mindən çox ailə barışıb
Ötən il Azərbaycanda mediatorlar 8 133 ailəni barışdırmağa nail olublar. Canlixeber.com xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatı”nda əksini tapıb.Məlumatda qeyd edilib ki, 2025-ci il ərzində mediasiya təşkilatlarına ümumilikdə 49 […]
Qaxın səkkiz, Zaqatalanın bir kəndi qazsız qalacaq
Sabah saat 10:00-dan etibarən Qax şəhəri və Qaxbaş, Qaxingiloy, Ağçay, İlisu, Əlibəyli, Alatəmir, Meşəbaş və Əmircan kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Canlixeber.con xəbər verir ki, bu barədə Zaqatal Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.Bildirilib ki, qaz təchizatının dayandırılması payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədardır. Həmçinin təmir-quraşdırma işləri ilə əlaqədar olaraq Zaqatala rayonu Danaçı kəndinin […]
Prezident Sabir Rüstəmxanlını təltif etdi
Xalq şairi Sabir Xudu oğlu Rüstəmxanlı “Şərəf” ordeni ilə təltif edilib. Canlixeber.con President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, S.Rüstəmxanlı Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə təltif olunub.
Məişət zorakılığı qurbanları üçün verilən orderlərin sayı artıb
2025-ci ildə məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı 433 mühafizə orderi icraatda olub. Onlardan 402-si qadınlar, 31-i isə kişilər barədə verilib. Canlixeber.com xəbər verir ki, bu məsələ Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatında əksini tapıb. […]
2025-ci ildə 6572 qadına qarşı cinayət qeydə alınıb
2025-ci ildə Azərbaycanda qadınlara qarşı 6572 cinayət, məişət zorakılığı ilə bağlı isə 8889 müraciət qeydə alınıb. Ötən il 46 qadın insan alverinin qurbanı olub, ailə münaqişəsi və qısqanclıq zəminində qadınlara qarşı 39 ölüm faktı qeydə alınıb. Canlixeber.com xəbər verir ki, bu məsələ Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan Azərbaycan […]
Azərbaycanda 1312 körpə ölümü qeydə alınıb
2025-ci ildə Azərbaycanda 1 yaşadək ölən uşaqların sayı 1312 olub. Qız uşaqları arasında körpə ölümü göstəricisi artıb. Canlixeber.com xəbər verir ki, bu məsələ Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatında əksini tapıb. Bildirilib ki, 2025-ci ildə […]
Azərbaycanda abortların sayı rekord həddə çatıb, azyaşlılar da siyahıdadır
2025-ci ildə Azərbaycanda 95117 abortun 3178 18-19 yaş qrupunda, 66 abort isə 15-17 yaş qrupunda qeydə alınıb. Canlixeber.com xəbər verir ki, bu məsələ Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatında əksini tapıb. Hesabatda bildirilib ki, Azərbaycan […]
Qarabağ Universitetinin Turizm fakultəsinin köçürüləcəyi bina 4.5 milyona təmir ediləcək
Şuşa şəhər Kollecinin binasının əsaslı təmiri və bərpası üçün işlərə başlanılacaq. Canlixeber.com-un məlumatına görə, Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi bununla bağlı işlərə başlayıb. Bildirilib ki, qurum layihə çərçivəsində görüləcək işlər müqabilində ümumilikdə 4 milyon 585 min 434 manat ödəyəcək. Qeyd edək ki, sözügedən binada Qarabağ Universitetinin Turizm Fakültəsinin tədrisi planlaşdırılır.
Pensiyaların ödənilib başa çatdırılacağı tarix məlum olub
Mayın 20-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Canlixeber.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.
Qobustanda qəzalı körpü sökülür
M-2 Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan qəsəbəsi ərazisindən keçən hissədə yerləşən qəzalı körpünün sökülməsi ilə bağlı qərar qəbul olunub. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, hazırda ərazidə yeni körpünün layihələndirilməsi və nəqliyyatın dayanıqlı təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu müddət […]
