Premyer Liqada IV turun oyunları davam edir: Azarkeşləri iki gərgin matç gözləyir
1 min read

Premyer Liqada IV turun oyunları davam edir: Azarkeşləri iki gərgin matç gözləyir

Misli Premyer Liqasında IV turun oyunları davam edir.

Oxu.Az xəbər verir ki, turun növbəti oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk matçında “Sabah” “Zirə”ni qəbul edəcək. “Bank Respublika Arena”da keçiriləcək görüş saat 18:30-da başlayacaq.

Turun digər oyununda isə “Neftçi” “Şəfa” ilə qarşılaşacaq. “Palms Sports Arena”da keçiriləcək matç saat 20:30-da start götürəcək.

5 sentyabr

Misli Premyer Liqası

IV tur

18:30. “Sabah” – “Zirə”;

20:30. “Neftçi” – “Şəfa”.