Sonuncu xəbərlər
QAİ Ermənistan ərazisində alban xristian irsini araşdırmaq üçün xüsusi qrup yaradıb
Qərbi Azərbaycan İcmasında indiki Ermənistan Respublikası ərazisində, tarixi Zəngəzur, Dərələyəz və Göyçə gölü hövzəsində yerləşən alban xristian irsinin öyrənilməsi məqsədilə İşçi Qrupu yaradılıb. Canlixeber.com xəbər verir ki, bu barədə icma məlumat yayıb. Bildirilib ki, qrup kilsə, sövmə, xaçdaş və monastırların tarixini, memarlıq və epiqrafik xüsusiyyətlərini, mənsubiyyətini arxiv sənədləri və digər ilkin mənbələr əsasında elmi metodlarla […]
Azərbaycan cüdoçuları dünya çempionatında daha üç medal qazandılar
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən cüdo üzrə veteranlar arasında dünya çempionatında Azərbaycan idmançıları daha üç medala sahib olublar. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib. Bildirilib ki, yarışın növbəti günündə M3 yaş kateqoriyasında mübarizə aparan Şıxrəcəb Şıxmuradov və Əhməd Məmmədov (hər ikisi -73 kiloqram), eləcə də M4 yaş kateqoriyasında çıxış […]
Bakının üç rayonunda işıq olmayacaq
Paytaxtın bir sıra ərazilərində təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 22-də Yasamal, Sabunçu və Xəzər rayonlarının elektrik şəbəkələrində təmir və yenidənqurma işləri aparılacaq. Yasamal […]
Qaxda kafedə qan töküldü
Qax rayonu ərazisində bıçaqlanma hadisəsi olub. Canlixeber.com xəbər verir ki, hadisə rayon ərazisindəki kafelərdən birində baş verib. Kafedə yeyib-içən 53 yaşlı Rüfət İslamovla 44 yaşlı Ramil Nurməmmədov arasında mübahisə olub. R.İslamov kəsici alətlə tanışına xəsarət yetirib. Polis əməkdaşları tərəfindən əməli törədən şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Bu gün hava necə olacaq?
Sentyabrın 22-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki. bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı, zəif duman olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın […]
Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı – Fəaliyyətləri məhdudlaşdırıldı
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı rayonu, İsgəndərli qəsəbəsində Rəsulov Taleh Seyran oğluna məxsus toyuq kəsimi sexində, Digah kəndində isə Paşayev Füzuli İbrahim oğluna məxsus toyuq kəsimi sahəsində yoxlama keçirib. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Bildirilib ki, yoxlama zamanı hər iki qida obyektində quşların müvafiq müşayiətedici sənədlərinin […]
“Neftçi” basketbol klubu monteneqrolu hücumçu Miliç Starovlahı heyətinə qatıb
“Neftçi” basketbol klubu monteneqrolu hücumçu Miliç Starovlah ilə mövsümün sonunadək müqavilə imzalayıb. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən bildirilib. Karyerası ərzində müxtəlif ölkələrin klublarında çıxış etmiş 200 sm boya malik 28 yaşlı təcrübəli basketbolçu Adriatik Liqasının (ABA League) “Buduçnost” və “Mornar” kimi tanınmış komandalarının da formasını geyinib. Monteneqro millisinin sabiq üzvünün son […]
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil edilir. Canlixeber.com xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarda qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisidir, onun bütün hüquqları və öhdəlikləri, habelə əmlakı Naxçıvan Dövlət Universitetinə keçir. Elm və Təhsil Nazirliyinə qərardan irəli gələn […]
Bakıda 3 nəfər saxlanılıb, onlardan 32 kq narkotik vasitə aşkarlanıb
Nizami rayonunda 32 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 33 yaşlı A.Aydınlı və 28 yaşlı H.Həsənov saxlanılıblar. Onlardan ümumilikdə 32 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb. […]
“Zirə”nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar
“Zirə”nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. Ange Mutsinzi Ruanda, İssa Cibrila Niger yığmasına çağrılıb. Quima isə Mozambik seçməsinin düşərgəsində olacaq.
