Sabah Azərbaycanda pensiyalar tam ödəniləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sentyabrın 22-də Azərbaycan üzrə pensiyaların tam ödənilərək yekunlaşdırması nəzərdə tutulub.
Canlixeber.com xəbər verir ki, bu barədə Fond məlumat yayıb.
Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.
