Qaxda kafedə qan töküldü
1 min read

Qaxda kafedə qan töküldü

Qax rayonu ərazisində bıçaqlanma hadisəsi olub.

Canlixeber.com xəbər verir ki, hadisə rayon ərazisindəki kafelərdən birində baş verib.

Kafedə yeyib-içən 53 yaşlı Rüfət İslamovla 44 yaşlı Ramil Nurməmmədov arasında mübahisə olub. R.İslamov kəsici alətlə tanışına xəsarət yetirib.

Polis əməkdaşları tərəfindən əməli törədən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.