Xəbər lenti
Sonuncu xəbərlər
“İmarət” İslam Dünyası İrs Siyahısına daxil edildi
Ağdamın “İmarət” Tarixi-Memarlıq Muzey-Kompleksinin ICESCO-nun İslam Dünyası İrs Siyahısına daxil edilməsi ilə əlaqədar sertifikat təqdim olunub. Canlixeber.com xəbər verir ki, sertifikatı ICESCO-nun baş direktoru Salim əl-Malik Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynova təqdim edib. Təltifetmə 7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində baş tutub.
Əli Əsədov İslam Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 27-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İsmayıl Uld Şeyx Əhməd ilə görüşüb. Canlixeber.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Bildirilib ki, görüşdə Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun mədəniyyətlər arasında dialoqun təşviqi, qarşılıqlı etimadın və anlaşmanın möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb, İƏT baş katibinin […]
İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış olublar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva oktyabrın 27-də Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli rəssam, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovun 80 illik yubileyinə həsr edilmiş “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış olublar. Canlixeber.com xəbər verir ki, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət […]
İmişlidə söyüşə görə həmyerlisini güllələyərək öldürən şəxsə hökm oxundu
Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürmədə təqsirləndirilən Elşən Hüseynovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Canlixeber.com xəbər verir ki, keçirilən sonuncu prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Elşən Hüseynova 12 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunub. İttiham aktına əsasən, Elşən Hüseynov uzun müddət həmyerlisi, 1978-ci il təvəllüdlü, zərərçəkmiş Səxavət Qəhrəmanovla […]
Laçında Həkəri çayı üzərində yeni su anbarı inşa ediləcək
“Həkəri çayı üzərində 100 milyon kubmetrlik su anbarı tikiləcək”. Canlixeber.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Su Ehtiyatları Agentliyinin rəsmisi Akif Quliyev deyib. O bildirib ki, Laçın rayonunda Həkəri çayı üzərində içməli su təyinatlı su anbarının tikintisi nəzərdə tutulub: “2026-cı il iyulun 11-də Prezidentin iştirakı ilə layihənin təməlqoyma mərasimi keçirilib. Su anbarının ümumi həcmi […]
İlham Əliyev ICESCO-nun baş direktorunu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Maliki qəbul edib. Canlixeber.com xəbər verir ki, ICESCO-nun baş direktoru Azərbaycanda VII Mədəniyyətlərarası Dialoq Forumunun uğurla keçirilməsi münasibətilə dövlətimizin başçısını təbrik edib. Salim bin Məhəmməd əl-Maliki Prezident İlham Əliyevin Forumda çıxışının böyük maraq doğurduğunu vurğulayıb. […]
Hansı müəssisələr ətraf mühitə təsirin qiymətləndirilməsinə cəlb olunacaq? – Prezident təsdiqlədi
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilib. Canlixeber.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. Dəyişikliklə kənd təsərrüfatı məhsullarının istehsalı müəssisələri üçün ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) hədləri müəyyənləşib. Hədlər aşağıdakı kimi müəyyənləşdirilib: – heyvandarlıq müəssisələri üçün layihə üzrə saxlama tutumu […]
İlham Əliyev Mirsaleh Seyidovu vəzifəsindən azad etdi
Mirsaleh Miradil oğlu Seyidov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib. Canlixeber.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Sahib Cəlil oğlu Rzayev Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi təyin edilib.
Azərbaycan millisinin U-15 dünya çempionatında rəqibi bəlli oldu
Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalında Azərbaycan millisinin növbəti rəqibi müəyyənləşib. Canlixeber.com xəbər verir ki, Famil Xəlilovun rəhbərlik etdiyi kollektiv C Divizionunun 1/16 final mərhələsində (65-96-cı yerlər uğrunda) Çili yığması ilə qarşılaşacaq. Oktyabrın 28-də Hövsan Yarış Kompleksinin 7B stadionunda keçiriləcək görüş saat 11:30-da başlayacaq. Bu cütün qalibi növbəti mərhələdə Belarus – Cəbəllütariq duelinin […]
Milli Məclis borc tələbinin qiymətli kağızlara yönəldilməsini təsdiqlədi
Milli Məclis borc tələbinin qiymətli kağızlara yönəldilməsini üçüncü oxunuşda qəbul edib. Canlixeber.com xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan “İcra haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlara dəyişiklik layihəsində əksini tapıb. Sənədə əsasən, “İcra haqqında” qanuna “Tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi” adlı yeni 46-1-ci maddənin əlavə edilməsi nəzərdə tutulur. Yeni maddə tələbin […]
