1 min read

“İmarət” İslam Dünyası İrs Siyahısına daxil edildi

Ağdamın “İmarət” Tarixi-Memarlıq Muzey-Kompleksinin ICESCO-nun İslam Dünyası İrs Siyahısına daxil edilməsi ilə əlaqədar sertifikat təqdim olunub. Canlixeber.com xəbər verir ki, sertifikatı ICESCO-nun baş direktoru Salim əl-Malik Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynova təqdim edib. Təltifetmə 7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində baş tutub.