1 min read

İlham Əliyev Mirsaleh Seyidovu vəzifəsindən azad etdi

Mirsaleh Miradil oğlu Seyidov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib. Canlixeber.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Sahib Cəlil oğlu Rzayev Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi təyin edilib.