1 min read

Bakıda 88 yaşlı qadın evində ölü tapıldı

Bakıda 88 yaşlı qadın evində ölü tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə iyulun 8-də saat 15 radələrində Suraxanı rayonunun Əmircan qəsəbəsində baş verib. Qəsəbə sakini 1938-ci il təvəllüdlü Raisa Takayevanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı evdə tapılıb. Faktla bağlı araşdırma aparılır.

1 min read

Qubada keçmiş məhkum həyətində öldü

Quba 48 yaşlı kişi həyətində ölüb. Canlixeber.com xəbər verir ki, hadisə iyulun 8-də saat 18 radələrində rayonun Zərdabi qəsəbəsi ərazisindəki yarımtikilidə aşkar edilib. Qəsəbə sakini əvvəllər qəsdən adam öldürmə və narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs olunmuş keçmiş məhkum 1978-ci il təvəllüdlü Tərlan Abdullayevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti qəsəbənin ərazisində ona məxsus yarımtikilidə tapılıb. […]

1 min read

Gədəbəydə evdən 61 yaşlı qadının meyiti tapılıb

Gədəbəydə evdən qadın meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, rayon sakini 1965-ci il təvəllüdlü P. Quliyevanın meyiti yaşadığı evdə aşkarlanıb. 61 yaşlı qadının ölümünün səbəbləri məlum deyil. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla rayon prokurorluğunda araşdırma aparılır

1 min read

Bakıda yaşayış evində yanğın olub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Lev Tolstoy küçəsində yerləşən yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş […]

1 min read

Samuxda qəza olub, 3 nəfər ölüb, 1 nəfər yaralanıb

Samuxda baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub. Canlixeber.com xəbər verir ki, “VAZ 2107″ ilə “Mercedes” markalı minik avtomobillərinin toqquşması zamanı 1975-ci il təvəllüdlü S. Əhmədov, 1987-ci il təvəllüdlü F. Əhmədova və 1962-ci il təvəllüdlü A. Alıyeva ölüb. Hadisə zamanı iki nəfər də ağır xəsarət alıb. Hadisə yerinə FHN Gəncə Regional Mərkəzinin […]

1 min read

Sel səbəbilə Zaqatalanın Meşleş kəndi ilə əlaqə kəsilib

Zaqatalanın ucqar dağ kəndlərindən biri ilə əlaqə kəsilib. Canlixeber.com xəbər verir ki, buna intensiv leysan yağışları üzündən Tala çayından keçən sel səbəb olub. Belə ki, Tala çayının rayonun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində çayın sol sahilində Meşleş kəndinə gedən yolu sel suları yuyub və yoldan gediş-gəliş dayanıb.

1 min read

Bakıda DƏHŞƏT: Kişi və arvadının meyitləri tapıldı

Bakıda mənzildən kişi və həyat yoldaşının meyitləri tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə bu gün saat 3 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə alınıb. İlkin ehtimala görə, qəsəbə sakini, 1985-ci il təvəllüdlü Coşqun Nurəddin oğlu Bağırov yaşadığı evdə həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirib. O, daha sonra özünü də öldürüb. Faktla bağlı araşdırma aparılır.

1 min read

“Qızılağac” qoruğunda yanğın olub

Neftçala rayonunun Mikayıllı kəndində “Qızılağac” Dövlət Təbiət Qoruğunun ərazisində yanğın olub. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, 15 hektar sahədə quru ot və kol-kos yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 min read

Həkəri çayında batdığı ehtimal edilən şəxsin axtarışları davam etdirilir

4 iyul tarixində Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində batdığı ehtimal edilən 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehdi oğlunun axtarışları davam etdirilir. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Axtarışlar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən vətəndaşın batdığı ehtimal olunan istiqamətlər üzrə fasiləsiz olaraq […]