Hadisə
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində 4 nəfər Əfqanıstan İslam Əmirliyi vətəndaşı İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədini pozmağa […]
Bakıda binada yanğın: Sakinlər təxliyə olunublar
Paytaxtın Nərimanov rayonu, Əliyar Əliyev küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində 16 mərtəbəli yaşayış binasının şaxtasında elektrik naqillərində baş vermiş […]
Mingəçevirdə xəstəxanın həyətində ölüm hadisəsi
Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasının həyətində ölüm hadisəsi olub. Canlixeber.com xəbər verir ki, xəstəxananın həyətində 1962-ci il təvəllüdlü Rasim Hüseynovun qəfil halı pisləşib və o, vəfat edib. Mərhumun ürək çatışmazlığından öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır.
Göygöldə iki avtomobil toqquşdu, Türkiyə vətəndaşı da yaralandı
Göygöldə avtomobillər toqquşub. Canlixeber.com hadisə nəticəsində 1995-ci il təvəllüdlü M.Qarayev və Türkiyə vətəndaşı 1991-ci il təvəllüdlü M.Solqun müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Göygöl Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alanların vəziyyəti orta ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.
Bakıda yuxulu sürücü avtomobili ilə ana və körpəsinin üstündən keçdi
Noyabrın 3-də saat 09:38-də Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində Cavid Ağayevin idarə etdiyi “Toyota” markalı avtomobil körpəsini uşaq arabasında aparan piyada A.Abdullayevanı vurub. Canlixeber.com zəbər verir ki, bu barədə Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki, qəza nəticəsində A.Abdullayeva xəsarət alıb, körpənin vəziyyəti normaldır. Hadisədən sonra sürücü saxlanılıb və faktla bağlı […]
İsmayıllıda avtomobil 56 yaşlı piyadanı vuraraq öldürdü
İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə noyabrın 3-də saat 19 radələrində Muğanlı-İsmayıllı avtomobil yolunun Tircan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, İlqar Əliyevin idarə etdiyi “Hyundai” markalı avtomobil yolu keçən 56 yaşlı Oruc Səfərovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.
Astarada evdə dava: Gəlin qayınanasının döyüb üzünü cırdı
Astara rayonunda gəlin qayınanasını döyüb. Canlixeber.com xəbər verir ki,bhadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir – red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumruq zərbələri ilə döyüb. O, daha sonra dırnaqları ilə qayınanasının üzünü cırıb. Qayınananın şikayəti […]
Bakıda kişi ona “keçəl” deyən bacısını döydü
Bakının Yasamal rayonunda 50 yaşlı kişi ögey bacısına xəsarət yetirib. Canlixeber.com Demokrat.az-a istinadən xəbər verir ki, hadisə S.Dadaşov küçəsində baş verib. 1976-cı il təvəllüdlü Tacəddin yaşadıqları evin həyətyanı sahəsində nalayiq ifadələr işlətməsi səbəbindən ögey bacısı Aygünlə (adlar şərtidir – red.) mübahisə edib. Aralarında yaranmış münaqişə zamanı o, Aygünün sol ayağına iki dəfə təpiklə zərbə endirərək […]
“Tiktok”da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. Canlixeber.com Demokrat.az-a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidir – red.) ilə mübahisə edib. Aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı o, qadının […]
Polis daha bir tiktokeri həbs etdi
“TikTok”da canlı yayım açaraq nalayiq ifadələr işlədən daha bir şəxs məsuliyyətə cəlb olunub. Canlixeber.com xəbər verir ki, bu, “Raufizm” ləqəbi ilə tanınan Rauf Ağaquliyevdir. Əxlaq normalarına zidd hərəkət edən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510.3-cü maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən, əməlini etiraf edən R.Ağaquliyev bir ay müddətinə inzibati […]
