Hadisə
Masallıda atdan yıxılan 49 yaşlı kişi ölüb
Masallı rayonunda atdan yıxılan 49 yaşlı kişi ölüb. Canlixeber.com xəbər verir ki, hadisə ötən gün rayonun Ninalov kəndinin ərazisində baş verib. Məlumata görə, kənd sakini 1977-ci il təvəllüdlü Mikayıl Əbilov ehtiyatsızlıqdan atdan yıxılıb. Faktla bağlı araşdırma aparılır.
Qobustanda ağır qəza: Ölən var
Bakı-Qazax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, qəza yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və Təcili Tibbi Yardım briqadaları cəlb olunub. İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər həyatını itirib.
Saatlıda qəza baş verib, motosiklet sürücüsü ölüb
Saatlıda yol qəzası baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Saatlı rayonunun Minbaşılı kəndində qeydə alınıb. Kənd sakini, 1996-cı il təvəllüdlü Rəşmin Əhədovun idarə etdiyi motosiklet “VAZ 2106” markalı avtomobillə toquşub. Xəsarət alan motosiklet sürücüsü ölüb. Faktla bağlı araşdırma aparılır.
Biləsuvarda 45 yaşlı kişi su kollektoruna düşərək öldü
Biləsuvarda kişi bədbəxt hadisə nəticəsində ölüb. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb. Belə ki, şəhər sakini, 1981-ci il təvəllüdlü Telman Adıgözəl oğlu Ağayev ehtiyatsızlıqdan qrunt suları üçün nəzərdə tutulan su kollektoruna düşüb. O, kollektorda boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır.
Qazaxda avtomobil qəzasında 3 nəfər xəsarət alıb
Qazaxda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, rayon ərazisində iki minik avtomobili toqquşub. Qəza zamanı 46 yaşlı R.Mustafayev, 11 yaşlı Ü.Saralov və daha bir nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Ucarda 16 yaşlı yeniyetmə suda boğulub
Ucarda 16 yaşlı yeniyetmə suda boğulub. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Qazyan kəndində qeydə alınıb. Belə ki, 16 yaşlı gənc Ucarın Qazyan kəndi ərazisindən keçən su arxında boğulub. Hadisə yerinə hüquq mühafizə orqanları və Fövqaladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub. Yeniyetmənin axtarışları istiqamətində zəruri işlər davam etdirilir.
Göygöldə 86 yaşlı qadının meyiti tapılıb
Göygöl rayonunda 86 yaşlı qadının meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə ötən gün rayonun Şəhriyar kəndində baş verib. Məlumata görə, kənd sakini 1940-cı il təvəllüdlü qadının üzərində zorakılıq əlamətləri görünməyən meyiti kəndin ərazisində tapılıb. Faktla bağlı araşdırma aparılır.
Kəlbəcərdə mina partlayışı olub
Kəlbəcər rayonunda mina partlayışı olub, xırdabuynuzlu heyvanlar xəsarət alıb. Canlixeber.com xəbər verir ki, hadisə Laçınla sərhəd ərazidə qeydə alınıb. Hadisə nəticəsində insanlar arasında xəsarət alan olmasa da, üç baş xırdabuynuzlu heyvan yaralanıb. Qeyd edək ki, həmin ərazidə oxşar hadisələr əvvəllər də baş verib.
Azərbaycanda hakimə qarşı hörmətsizlik edən şəxs həbs olundu
Masallı Rayon Məhkəməsinin qadın hakimi Ellara Abbasovanın üzərinə gedərək aqressiv hərəkətlər nümayiş etdirməklə xırda xuliqanlıq əməli törədən şəxs inzibati qaydada həbs olunub. Canlixeber.com xəbər verir ki, hadisə Ellara Abbasovanın sədrliyi ilə keçirilən məhkəmə prosesində sonra baş verib. Belə ki, 1998-ci il təvəllüdlü, Masallı şəhər sakini Murad Əzizov qardaşı İzzət Orucova çıxarılan hökmə görə hakim Ellara […]
Şüvələnda dənizdə batan qızın axtarışları davam etdirilir
İyulun 6-da Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 2007-ci il təvəllüdlü Məmmədzadə Zeynəb Rasim qızının axtarışları Fövqəladə Hallar Nazirliyi tərəfindən davam etdirilir. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Nazirliyin Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin qüvvələri tərəfindən axtarışlar vətəndaşın batdığı […]
