Hadisə
Mingəçevirdə bədbəxt hadisə: 52 yaşlı kişi öldü
Mingəçevirdə 52 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. Canlixeber.com xəbər verir ki, hadisə şəhər ərazisində baş verib. Ağdam rayon sakini, 1974-cü il təvəllüdlü Rəşan Bəşirov yaşadığı binada pilləkənlərlə düşərkən qıc olub və yıxılıb. O, baş nahiyəsindən aldığı xəsarətdən ölüb.
Gəncədə yaşayış evində meyit aşkarlanıb
Gəncədə 40 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin İnşaatçılar küçəsində qeydə alınıb. Belə ki, sözügedən küçədə yaşayan 1986-cı il təvəllüdlü R. Novruzovun meyiti evindən tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Kişinin ölüm səbəbi hələlik məlum deyil. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.
Laçın sakini Ağcabədidə boğulub ölüb
Ağcabədidə balıq tutmağa gedən Laçın sakini göldə boğularaq həyatını itirib. Canlixeber.com xəbər verir ki, hadisə Ağcabədi rayonunun Taxta Körpü ərazisində yerləşən göldə baş verib. Belə ki, Laçın rayonunun Fingə kənd sakini 1974-cü il təvəllüdlü Rafiq Əliyev balıq tutarkən suda boğulub. Onun meyiti ərazidən keçən sakinlər tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma […]
Naxçıvanda məşhur kafedə dava: Barmen pivə bakalını müştərinin başına çırpdı
Naxçıvanda kafedə dava olub. Canlixeber.com xəbər verir ki, hadisə Naxçıvan şəhəri, Əziz Əliyev küçəsindəki Əyləncə adasında yerləşən məşhur kafenin ikinci mərtəbəsində baş verib. Şəhər sakini Kənan Ağayev (soyadı şərtidir – red.) idmandan sonra dostları ilə kafeyə pivə içməyə gedib. Onlar kafedə əyləşərək, pivə sifariş veriblər. Kafedə barmen işləyən Rəşid Məmmədov (soyadı şərtidir – red.) pivələri […]
Abşeronda yanğın baş verib
Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Canlixeber.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olan kimi əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində onmərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsində yerləşən mənzildə […]
Beyləqandakı məktəbdə kütləvi zəhərlənmə baş verib
Beyləqan rayonunda orta məktəbdə kütləvi zəhərlənmə baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Eyvazallar kənd Fəxrəddin Quliyev adına tam orta məktəbin 7A sinfində baş verib. Sinifdə texnologiya müəllimi dərs zamanı şagirdlərə fastfud hesab edilən hamburgerin hazırlanmasını öyrədirmiş. Həmin yeməyi şagirdlər yeyib və nəticədə 14 şagirdinin halı pisləşib. Məktəblilər Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin […]
Xaçmazda mağazada yanğın baş verib
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən mağazada yanğın baş verməsi barədə məlumat daxil olub. Canlixeber.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Xaçmaz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onikimərtəbəli yaşayış binasının […]
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı
Səhər saatlarında Qaradağ rayonu ərazisində qəza baş verib. Canlixeber.com “Yenisabah”a istinadla xəbər verir ki, hərəkətdə olan avtobus yoldan çıxaraq aşıb. Hadisə nəticəsində yaralıların olduğu bildirilir. İlkin məlumata görə avtobus gənc əsgərləri daşıyırmış.
Sosial şəbəkədə adını çəkdi, 7000 manat cərimələndi
Tovuz Rayon Məhkəməsində şəxsin şərəf və ləyaqətinin müdafiəsi, sosial şəbəkələrdə yayılmış məlumatların təkzib edilməsi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə baxılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Tovuz Rayon Məhkəməsi məlumat yayıb. Bildirilib ki, işin hallarına görə, iddiaçı cavabdehə qarşı şərəf və ləyaqətin müdafiəsi, yayılmış məlumatların təkzib edilməsi və mənəvi ziyanın ödənilməsi tələbi […]
Sürücünün ötmə qaydasını pozması azyaşlı bacısının həyatına son qoydu – BDYPİ-dən xəbərdarlıq!
Oktyabrın 7-si saat 20:45 radələrində Saatlı şəhəri ərazisində rayon sakini Rəhman Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə ötmə əməliyyatı yerinə yetirərkən, idarəetməni itirərək əvvəlcə işıq dirəyinə, sonra isə yol kənarında hasara çırpılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Qəza nəticəsində avtomobilində olan sərnişinlər – sürücünün anası və 7 […]
