Hadisə
Tovuzda 57 yaşlı qadın dəm qazından boğularaq ölüb
Tovuzda ölümlə nəticələnən dəm qazından zəhərlənmə hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, rayon sakini, 1969-cu il təvəllüdlü Ş.Əmrahova yaşadığı evdə dəm qazından boğularaq ölüb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Qəzadan sonra avtomobildən çıxmaq istəyən sürücünü elektrik cərəyanı vuraraq öldürdü
Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb. Məlumata görə, rayonun Bolsulu kənd sakini Məhəmməd Səfərəliyev VAZ-2107 markalı avtomobili idarə edərkən nəqliyyat vasitəsinə nəzarəti itirib. Nəticədə avtomobil yol kənarındakı elektrik dirəyinə çırpılıb. Zərbənin təsirindən dirək aşıb və avtomobilin üzərinə düşüb. Sürücü avtomobildən çıxmağa çalışarkən onu elektrik […]
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 6 il ötür
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 6 il ötür. Canlixeber.com xəbər verir ki, 11 oktyabr 2020-ci il tarixində saat 02:00 radələrində Ermənistan ordusu Gəncədə daha bir terror törədib. Hərbi əməliyyatlar zonasından xeyli kənarda yerləşən Gəncə Ermənistan ərazisindən “Skad-B” Taktiki Əməliyyat Raket Kompleksindən atılan taktiki ballistik raketlərlə yenidən atəşə tutulub. Nəticədə “Qələbə parkı”nın ətrafında yerləşən yaşayış binaları […]
Minik avtomobili aşdı – Sürücü xəsarət aldı
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Goranboy-Tərtər avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü, 2002-ci il təvəllüdlü X.Tağıyev xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Azərbaycanlı gənc Polşada vəfat etdi
Marneuli bələdiyyəsinin Candar kənd sakini, 25 yaşlı Azər Mehtiyev Polşada vəfat edib. Canlixeber.com xəbər verir ki, Azər Mehtiyev evdə olduğu zaman qəfil ürəyi dayanıb və həyatını itirib. Məlumata əsasən, mərhum işləmək məqsədilə Polşaya gedibmiş. Hazırda onun nəşinin doğma kəndinə gətirilməsi üçün zəruri sənədlərin hazırlanması istiqamətində işlər aparılır.
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü
Gəncədə müğənni Daşqın Eldarlı əməliyyatdan sonra ölüb. Canlixeber.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhərdəki özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı dünən əməliyyat olunub və əməliyyatdan sonra həyatını itirib. İlkin məlumata görə, müğənninin bir müddət əvvəl ürəyində problem yaranıb. Qeyd edək ki, Daşqın Eldarlı Gəncədə və ətraf bölgələrdə tanınan […]
Ağdaşda avtomobil traktorla toqquşub – Yaralananlar var
Ağdaşda avtomobil traktorla toqquşub. Canlixeber.com xəbər verir ki, hadisə Cüvəkənd yaxınlığından keçən yolda baş verib. Ki Minik avtomobili traktora çırpılıb. Qəza nəticəsində yaralanan 1982-ci il təvəllüdlü Qədir İmran oğlu Qədirov və onun həmyaşıdı Nəsirova Samirə Yolçu qızı xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb. Canlixeber.com xəbər verir ki, hadisə Yaşma bağları ərazisində yerləşən fərdi yaşayış evində baş verib. Belə ki, 1994-cü il təvəllüdlü Məzahir Zahid oğlu Mejdunov evin hamam otağında dəm qazından boğularaq həyatını itirib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
Lənkəranda güclü külək bir sıra fəsadlar törədib, 15-ə yaxın irigövdəli ağac aşıb
Lənkəranda doludan sonra güclü külək və yağış yağıb. Sakinlərə xeyli ziyan dəyib. Canlixeber.com xəbər verir ki, bu gün səhər saat 09:00 radələrindən başlayaraq Lənkəran rayonunun kəndlərinə dolu yağıb. Təxminən 4-5 dəqiqə davam edən dolu əsasən Separadi, Tükəvilə, Zövlə, Şağlaser, Boladi kəndləri, Nərimanabad qəsəbəsi və Liman şəhərində müşahidə olunub.Doludan sonra əraziyə intensiv yağış yağıb, güclü külək […]
Salyanda “Mercedes”lə qatar toqquşdu
Salyan rayonunda qatarla “Mercedes-Benz” markalı minik avtomobili toqquşub. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Arbatan kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, qatarla toqquşan avtomobilə ziyan dəyib. Hadisə nəticəsində sürücü xəsarət almayıb.
