1 min read

Xırdalanda minik avtomobili sərnişin avtobusuna çırpıldı: Yaralı var

Abşeron rayonu Xırdalan şəhərində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Canlixeber.com xəbər verir ki, KIA markalı minik maşını 517 nömrəli marşrut xətti üzrə hərəkət edən “Isuzu” markalı sərnişin avtobusuna çırpılıb. İlkin məlumata görə, hadisə nəticəsində minik avtomobilinin sərnişini xəsarət alıb. Hadisə ilə bağlı aidiyyəti quruma müvafiq sorğu verilib.

1 min read

Sabirabadda məktəbdə yanğın olub

Sabirabad rayonunun Yolçubəyli kəndində məktəbdə yanğın baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, ümumi sahəsi 150 m² olan birmərtəbəli məktəb binasının yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

2 mins read

Azərbaycan Baş Prokurorluğu Monteneqrodan gələn sorğunu icra etdi

Monteneqro Respublikasından daxil olmuş hüquqi yardım sorğusu Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən icra olunub. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən EUROJUST vasitəsilə Monteneqro Respublikasının Ali Prokurorluğundan xüsusilə ağır cinayətə dair daxil olmuş hüquqi yardım sorğusu icra edilib. Sorğu Monteneqro Respublikasının ərazisində baş vermiş qəsdən adam öldürmə faktı […]

1 min read

Azərbaycan vətəndaşının Tbilisidə qətlində ittiham olunan şəxs Batumi aeroportunda saxlanılıb

Gürcüstanda Azərbaycan vətəndaşı Fatimə Kərimovanı qətlə yetirməkdə ittiham olunan Emin Əliyev Batumi Beynəlxalq Hava Limanında saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib. Məlumata əsasən, təqsirləndirilən şəxsin həbsi Türkiyə və Azərbaycan hüquq-mühafizə orqanları ilə sıx koordinasiya şəraitində, həmçinin Gürcüstanın Türkiyədəki polis attaşesinin birbaşa iştirakı ilə həyata keçirilib. Qeyd edək ki, qətl hadisəsi iyunun […]

1 min read

Qobustanda ağır qəza: Ölən var

Bakı-Qazax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, qəza yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və Təcili Tibbi Yardım briqadaları cəlb olunub. İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər həyatını itirib.

1 min read

Saatlıda qəza baş verib, motosiklet sürücüsü ölüb

Saatlıda yol qəzası baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Saatlı rayonunun Minbaşılı kəndində qeydə alınıb. Kənd sakini, 1996-cı il təvəllüdlü Rəşmin Əhədovun idarə etdiyi motosiklet “VAZ 2106” markalı avtomobillə toquşub. Xəsarət alan motosiklet sürücüsü ölüb. Faktla bağlı araşdırma aparılır.

1 min read

FHN həftəsonu çimərliklərə üz tutan vətəndaşlara müraciət edib

Fövqəladə Hallar Nazirliyi həftəsonu çimərliklərə üz tutan vətəndaşlara müraciət edib. Canlixeber.com xəbər verir ki, müraciətdə deyilir: “İsti yay günlərində əhalinin xüsusilə həftəsonları istirahət üçün kütləvi üz tutduqları məkanlardan biri də su hövzələridir. Lakin təəssüflə qeyd edilməlidir ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, bəzi vətəndaşlar tərəfindən müvafiq təhlükəsizlik qaydalarına əməl olunmaması sonda […]

1 min read

36 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 10-da ümumi çəkisi 36 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2 kiloqrama yaxın heroin, 33 kiloqramdan artıq marixuana, 400 qrama yaxın metamfetamin olub. Həmçinin tədbirlərlə yabanı halda bitmiş […]

1 min read

Biləsuvarda 45 yaşlı kişi su kollektoruna düşərək öldü

Biləsuvarda kişi bədbəxt hadisə nəticəsində ölüb. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb. Belə ki, şəhər sakini, 1981-ci il təvəllüdlü Telman Adıgözəl oğlu Ağayev ehtiyatsızlıqdan qrunt suları üçün nəzərdə tutulan su kollektoruna düşüb. O, kollektorda boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır.