FHN həftəsonu çimərliklərə üz tutan vətəndaşlara müraciət edib
Fövqəladə Hallar Nazirliyi həftəsonu çimərliklərə üz tutan vətəndaşlara müraciət edib.
Canlixeber.com xəbər verir ki, müraciətdə deyilir:
“İsti yay günlərində əhalinin xüsusilə həftəsonları istirahət üçün kütləvi üz tutduqları məkanlardan biri də su hövzələridir. Lakin təəssüflə qeyd edilməlidir ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, bəzi vətəndaşlar tərəfindən müvafiq təhlükəsizlik qaydalarına əməl olunmaması sonda acı nəticələrə səbəb olur.
