Saatlıda qəza baş verib, motosiklet sürücüsü ölüb
1 min read

Saatlıda qəza baş verib, motosiklet sürücüsü ölüb

Saatlıda yol qəzası baş verib.


Canlixeber.com xəbər verir ki, hadisə Saatlı rayonunun Minbaşılı kəndində qeydə alınıb.


Kənd sakini, 1996-cı il təvəllüdlü Rəşmin Əhədovun idarə etdiyi motosiklet “VAZ 2106” markalı avtomobillə toquşub. Xəsarət alan motosiklet sürücüsü ölüb.


Faktla bağlı araşdırma aparılır.