Sabunçu rayonunda mənzildən kişi meyiti tapılıb
Bakıda 72 yaşlı kişinin meyiti tapılıb.
Canlixeber.com xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini – 1954-cü il təvəllüdlü Bahadır Əliövsət oğlu Hüseynovun üzərində zorakılıq əlamətləri görünməyən cəsədi öz evində aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
