1 min read

Bakıda 38 yaşlı qadın dənizdə batdı

Bakıda 38 yaşlı qadın dənizdə boğulub. Canlixeber.com xəbər verir ki, hadisə iyulun 11-də Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisindəki çimərlikdə baş verib. Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Zeynəb Muxtar qızı Cödel dənizdə çimərkən boğulub. Z.Cödelin meyiti sudan çıxarılıb. Faktla bağlı araşdırma aparılır.

1 min read

Paytaxtda piyada məsuliyyətsizliyi: Motosiklet sürücüsü xəsarət aldı

Ötən gün axşam saatlarında Səbail rayonu, Dənizkənarı küçəsi, Dövlət Bayrağı Meydanı istiqamətində qəza baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumat yayıb. Bu qəza bir daha göstərir ki, yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında yalnız sürücülər deyil, piyadalar da ciddi məsuliyyət daşıyırlar: “Kamera görüntüsünü təhlil etdikdə bəlli olur […]

1 min read

Bakıda iki yaşlı körpə binadan yıxıldı

Bakıda iki yaşlı körpə binadan yıxılıb. Canlixeber.com xəbər verir ki, hadisə iyulun 10-da axşam saatlarında paytaxtın Nərimanov rayonu ərazisindəki yaşayış binasında baş verib. Həmin binada yaşayan 2024-cü il təvəllüdlü uşaq 3-cü mərtəbədəki mənzilin eyvanından yıxılıb. Körpə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.

1 min read

Emin Məmmədxanlı vəzifəsindən azad edildi

Emin Nurəddin oğlu Məmmədxanlı Babək Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsindən azad olunub. Canlixeber.com xəbər verir ki, Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov bununla bağlı müvafiq sərəncam imzalayıb. Qeyd edək ki, E.Məmmədxanlı bu vəzifəyə 2023-cü ilin sentyabr ayında təyin edilmişdi.

1 min read

Paytaxtda I sinfə qəbulla bağlı 37 598 sorğu yerləşdirilib

13 iyul saat 10:30-a olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 37 598 uşaq üçün elektron sistem (https://mektebeqebul.edu.az/) vasitəsilə sorğu yerləşdirilib. Canlixeber.com xəbər verir ki, paytaxt məktəblərinin birinci siniflərinə elektron qeydiyyat prosesi ilə bağlı valideynlər tərəfindən ünvanlanan 4 269 müraciət operativ şəkildə cavablandırılıb. Daxil olan müraciətlərdən 73-ü alternativ qeydiyyat mərkəzlərində, 3 672-si sistemin “Əlaqə” bölməsi […]

1 min read

Bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın – DİN çağırış edir

Kiberdələduzlar saxta internet səhifələri və keçidlər, uduş və hədiyyə vədləri, eləcə də digər cəlbedici təkliflər vasitəsilə vətəndaşların bank kartlarına aid məxfi məlumatları ələ keçirməyə çalışırlar. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi xəbərdarlıq edib. Vətəndaşlara bir daha xatırladırıq ki, bank kartının məlumatları, o cümlədən CVV/CVC və əməliyyatların təsdiqi üçün göndərilən 3D Secure OTP […]

1 min read

Tarixi abidələrlə bağlı YENİ QƏRAR

Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib. Canlixeber.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Belə ki, Nardaran tarix-mədəniyyət qoruğunun ərazisində yerləşən elmi, tarixi və ya bədii əhəmiyyəti olan tarix və mədəniyyət abidələri Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada qabaqlayıcı, konservasiya, bərpa və xüsusi mühafizə dərəcələri tətbiq edilməklə dövlət tərəfindən qorunacaq. Həmçinin […]

1 min read

Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyulun 14-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Qeyd edilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik […]

1 min read

Tələbələrin yerdəyişməsi üzrə sənəd qəbulu başlayıb

2026-2027-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrində oxuyan tələbələrin yerdəyişməsi üzrə sənəd qəbuluna başlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, sənəd qəbulu elektron formada həyata keçiriləcək. “Yerdəyişmə prosesində ali və orta ixtisas təhsili müəssisələrinin normativ təhsil müddətində təhsil alan, təhsil aldığı […]

1 min read

Lətif Quliyev vəfat etdi

Azərbaycanda polkovnik vəfat edib. Canlixeber.com xəbər verir ki, Azərbaycan ordusunun ehtiyatda olan zabiti, polkovnik Quliyev Lətif Allahqulu oğlu dünyasını dəyişib. Lətif Quliyev 1948-ci il sentyabrın 10-da Zəngilan rayonunun Kolluqışlaq kəndində anadan olub. O, keçmiş Azərbaycan Sənaye İnstitutunu bitirib, daha sonra Timoşenko adına Kimya Mühafizəsi Ali Hərbi Məktəbində təhsil alaraq polkovnik hərbi rütbəsinə yüksəlib. 1973-1992-ci illərdə […]