Həbs edilmə
Vüqar Əliyev həbs edildi
“Azərenerji”nin keçmiş baş direktoru Etibar Pirverdiyevə bağlı olduğu bilinən “Azenco” şirkətinə rəhbərlik etmiş Vüqar Əliyev həbs edilib. Canlixeber.com xəbər verir ki, V.Əliyev 3 milyon manatdan çox mənimsəmədə ittiham olunur. İş üzrə ibtidai araşdırma artıq başa çatıb. V.Əliyevə Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə yekun ittiham elan olunub. Bu maddənin sanksiyası 10 ildən […]
“Demokratiya TV”nin rəhbəri həbs edildi
“Demokratiya TV” internet kanalının rəhbəri həbs edilib. Canlixeber.com xəbər verir ki, Tərtər rayon sakini Arif Paşayev vəzifəli şəxslərdən hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilib. Məlumata görə, o, Tərtər Su-Meliorasiya sistemlərinin istismarı idarəsinin rəis müavini və rayonun digər vəzifəli şəxsləri barədə rüsvayedici məlumatlar yaymaqla onların əmlaklarını ələ keçirməkdə ittiham olunub. A.Paşayev barəsində daxil olan şikayət əsasında […]
“Mercedes”in sürücüsü məsuliyyətdən yayınarkən saxlanılıb
Şamaxı rayon sakini Elçin Sadıqov “Mercedes Vito” avtomobilini idarə edərkən sürücülük hüququ məhdudlaşdırıldığına və çox sayda ödənilməyən cəriməsi olduğuna görə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Qobustan rayonu ərazisində yerləşən stasionar postunda saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə BDYPİ məlumat yayıb. Hüquq və vəzifələri izah olunarkən E.Sadıqov məsuliyyətdən yayınmaq məqsədilə süni gərginlik yaratmağa çalışıb […]
Vətəndaşları şantaj edən “jurnalist-bloqer” həbs olundu
Sosial şəbəkələrdə barələrində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə ayrı-ayrı şəxslərdən jurnalist, bloqer adı altında hədə-qorxu ilə pul tələb edən daha bir nəfər cinayət məsuliyyətinə cəlb edilib. Canlixeber.com xəbər verir ki, 10-dan çox şəxsin şikayəti əsasında əvvəllər dələduzluq, böhtan, təhqir və xuliqanlıq cinayətlərinə görə məhkum olunmuş “Regionxeber” və digər internet resurslarında 50-dən artıq müxtəlif saxta sosial […]
”TikTok”da qeyri-etik ifadələr işlədən şəxs həbs olunub
“TikTok” sosial şəbəkəsində cəmiyyətə qarşı hörmətsizlik edən və qeyri-etik ifadlər işlədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Canlixeber.com xəbər verir ki, Sabirabad rayon sakini 1999-cu il təvəllüdlü Mirabbas Xuduzadə “TikTok” platformasında canlı yayım zamanı onu izləyən şəxslərin ünvanına təhqir xarakterli ifadələr səsləndirib. O, müvafiq qərarla inzibati qaydada həbs edilib.
KİV: Dubay şeyxinin sabiq həyat yoldaşı Zeynəb Cavadlı həbs edilib
Dubay hakiminin qardaşı oğlunun keçmiş xanımı Zeynəb Cavadlı üç azyaşlı qızının qəyyumluğu üzərində yaranan münaqişənin dərinləşməsi fonunda saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə BBC rəsmi mənbələrə istinadən məlumat yayıb. Dubay Dövlət Prokurorluğundan verilən məlumata əsasən, Zeynəb Cavadlının saxlanılmasına səbəb onun sabiq əri və üç uşağının atası Şeyx Səid bin Maktum bin Rəşid Al Maktumun […]
