Xəbər lenti
Sonuncu xəbərlər
Azərbaycanda yeni ombudsman seçiləcək
Oktyabrın 30-da Milli Məclisinin İnsan hüquqları komitəsinin iclası keçiriləcək. Canlixeber.com xəbər verir ki, iclasın gündəliyinə bir məsələ daxil edilib. Deputatlar “Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi haqqında” məsələni müzakirə edəcəklər. Qeyd edək ki, Azərbaycan Respublikasında İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Azərbaycan Respublikasının Prezidentinin təqdim etdiyi 3 namizəd arasından Milli Məclis tərəfindən 83 səs […]
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqladı
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 6.5% səviyyəsində saxlanılması barədə qərar qəbul edib. Canlixeber.com xəbər verir ki, bu barədə AMB məlumat yayıb. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 5%, yuxarı həddi isə 7.5% səviyyəsində dəyişməz saxlanılıb.
“Gəncə” FIBA Avropa Kubokunda üçüncü oyununa çıxacaq
“Gəncə” basketbol komandası FIBA Avropa Kubokunda bu gün üçüncü oyununa çıxacaq. Canlixeber.com Murad Dikmənin baş məşqçisi olduğu komanda IV turda Portuqaliyanın “Sportinq” klubunu qəbul edəcək. Qarşılaşma Gəncə İdman Sarayında, saat 19:00-da start götürəcək. Xatırladaq ki, “Gəncə” yer aldığı C qrupunda daha əvvəl Yunanıstan təmsilçisi “Kolossos”a (62:80) və Türkiyənin “Esenler Erokspor” klubuna uduzub – 63:92. Komandanın […]
Şəmkir-Gədəbəy yolunda ağır qəza: Xəsarət alan var
Şəmkir-Gədəbəy avtomobil yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində VAZ-2106 markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb. Canlixeber.com xəbər verir ki, hadisə nəticəsində avtomobilin sürücüsü 1984-cü il təvəllüdlü Dünyamin Əhmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.
ABŞ-də Maduronun işinə baxan hakim vəfat etdi
ABŞ-də həbsdə saxlanılan Venesuelanın sabiq prezidenti Nikolas Maduronun işinə baxan Nyu-Yorkun Cənub Dairəsi üzrə federal hakim Elvin Hellerştayn 92 yaşında vəfat edib. Canlixeber.com xəbər verir ki, bu barədə məhkəmənin nümayəndəsi məlumat verib. Nəşrin məlumatına görə, Hellerştayn oktyabrın 28-də səhər saatlarında dünyasını dəyişib. Hellerştayn 1998-ci ildə ABŞ-nin o zamankı prezidenti Bill Klinton tərəfindən federal hakim təyin […]
Sərxoş vəziyyətdə avtomobil idarə etməsinə irad tutan dostunu bıçaqladı
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən şəxs Namiq İslamovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası keçirilib. Canlixeber.com xəbər verir ki, sonuncu keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə ona 6 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunub. İttiham aktına əsasən, hadisə 2025-ci ilin aprel ayında saat […]
Yasamal və Xətai rayonlarının, həmçinin Abşeronun bəzi ərazilərində işıq olmayacaq
Sabah Bakının Yasamal və Xətai rayonlarının, həmçinin Abşeron rayonunun bəzi ərazilərinə elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Qeyd olunub ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, enerji itkilərinin minimuma endirilməsi məqsədilə oktyabrın 29-da Yasamal, Xətai və Abşeron Rayon Enerji Təchizatı və […]
Kəlbəcərdə baş verən qəzada bir nəfər ölüb, bir nəfər yaralanıb
Kəlbəcərdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə hadisə Kəlbəcər-İstisu avtomobil yolunun şəhər ərazisindən keçən hissəsində baş verib. Belə ki, Kəlbəcər şəhər sakini 1967-ci il təvəllüdlü Bilal Nuriyev idarəetməni itirib, nəticədə “KİA” markalı avtomobil yoldan çıxaraq divara çırpılıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb. Onun həyat yoldaşı, Kəlbəcər şəhər sakini […]
Salvador dörd vətəndaşını əsirlikdən azad etmək üçün Haitiyə qoşun göndərəcək
Salvador hakimiyyəti dörd salvadorlu aviasiya texnikini xilas etmək məqsədilə Haitidəki genişmiqyaslı əməliyyata iki mindən çox hərbçi cəlb edir. Canlixeber.com xəbər verir ki, bu barədə Salvador Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Bildirilib ki, N. Bukele ilə Haiti Baş naziri Aliks Didye Fis-Eme arasında telefon danışığı baş tutub. Qeyd olunub ki, əməliyyat bir neçə ölkənin və […]
Bu gün Sabunçu və Nəsimi rayonlarının bir sıra ərazilərində qaz olmayacaq
Bu gün Bakının Sabunçu və Nəsimi rayonlarının bir sıra ərazilərində qaz olmayacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Ramana qəsəbəsində bəzi ərazilərin və Ümid qəsəbəsinin, Nəsimi rayonunun N. Yusifbəyli, Novruzov qardaşları, A. Səhhət, Mərdanov qardaşları və M. Sənani […]
