1 min read

Dənizdə batan 17 yaşlı oğlanın MEYİTİ TAPILDI

İyulun 28-də Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 2009-cu il təvəllüdlü Nurlan Mövlud oğlu İsmayılzadənin meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, meyit FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

1 min read

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ – Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. Canlixeber.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklikləri təsdiqləyib. Sənədə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının hazırlanma və ya istifadə üsulları və qaydası, onların qanunsuz əldə edilməsi yerləri, habelə tərkibində narkotik […]

5 mins read

Avqustda bəzi günlərdə temperatur 41 dərəcəyə çatacaq – AYLIQ PROQNOZ

Avqust ayında havanın ortaaylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimal olunur. Ayın ilk günlərində ölkə ərazisində əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, lakin bəzi dağlıq və […]

1 min read

Renat Dadaşov klubsuz qaldı

Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşovun Türkiyə klublarına keçidi baş tutmayıb. Canlixeber.com xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Ayxan Abbasov məlumat verib. Mütəxəssis hücumçu üçün Türkiyədən təkliflərin olduğunu, lakin danışıqların müsbət yekunlaşmadığını deyib: “Renatın Türkiyədə bir-iki klub variantı var idi, danışıqlar gedirdi, amma təəssüf ki, alınmadı”. Xatırladaq ki, Renat Dadaşov son olaraq Polşanın […]

1 min read

DGK-da yeni idarə yaradıldı, rəis təyin edildi

Dövlət Gömrük Komitəsində (DGK) struktur dəyişikliyi olub. Canlixeber.com xəbər verir ki, bununla bağlı DGK-nın sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov əmr imzalayıb. Belə ki, DGK-nın Kibertəhlükəsizlik şöbəsi ləğv edilib, əvəzində isə Kibertəhlükəsizlik idarəsi yaradılıb. Gömrük xidməti mayoru Turqut Tehran oğlu Vəliyev Kibertəhlükəsizlik idarəsinin rəisi vəzifəsinə təyin olunub.

1 min read

Gürcüstan həbsxanalarında saxlanılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Gürcüstan həbsxanalarında saxlanılan Azərbaycan vətəndaşlarının sayı 193 nəfər təşkil edir. Canlixeber.com xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin iyun ayı üzrə hesabatında bildirilib. Həmin şəxslərin 56-sı kişi, 5-i qadın olmaqla 61-i ittiham edilən, 114-ü kişi, 18-i qadın olmaqla 132-si məhkumdur. Gürcüstanda probasiya nəzarətində olan Azərbaycan vətəndaşlarının sayı isə 79 nəfərə bərabərdir. Onların 70-i […]

1 min read

Gələn həftə kolleclərə ixtisas seçimi başlayır

9 illik təhsil bazasından kolleclərə ixtisas seçimi avqustun 3-də başlayır. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, ixtisas seçimi avqustun 9-dək aparılacaq. “Abituriyent” jurnalının 3-cü nömrəsini və “Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2025-ci ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları”nı nəşr edib.

5 mins read

Qadınları yüksək maaş və evlilik vədi ilə Türkiyəyə aparan şəxsə şərti cəza verildi

Gəncə Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Mənsimə Cəlilovanın (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Canlixeber.com xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə ona şərti cəza verilib. İttihama görə, Mənsimə Cəlilova tamah niyyəti ilə müxtəlif vaxtlarda bir neçə qadını aldatma, hədə-qorxu və zəif vəziyyətlərindən […]

1 min read

Şəkidə 30 yaşlı kişini ilan sancıb: Vəziyyəti ağırdır

Şəkidə rayonunun Şəki kənd sakinini ilan sancıb. Canlixeber.com xəbər verir ki, hadisə axşam saatlarında baş verib. Belə ki, kənd sakini Şirzad Qurbanoviç Süleymanov öz həyətində təsərrüfat işləri görən zaman onu ilan sancıb. O, Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Şəki rayonunda ilan sancması səbəbi ilə 1996-cı il təvəllüdlü […]