Şəmkir-Gədəbəy yolunda ağır qəza: Xəsarət alan var
1 min read

Şəmkir-Gədəbəy yolunda ağır qəza: Xəsarət alan var

Şəmkir-Gədəbəy avtomobil yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində VAZ-2106 markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.

Canlixeber.com xəbər verir ki, hadisə nəticəsində avtomobilin sürücüsü 1984-cü il təvəllüdlü Dünyamin Əhmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.