Xəbər lenti
Sonuncu xəbərlər
Bakıda bayram namazı qılınıb
Bakıdakı Əjdərbəy, Təzəpir və digər məscidlərdə Qurban bayramı münasibətilə namaz qılınıb. Canlixeber.com xəbər verir ki, Təzəpir məscidində bayram namazı saat 09:00-da başlanıb. Namaz Qafqaz Müsəlmanları İdarəsini sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərliyi ilə qılınıb.
Yevlaxda baba və nəvəsini avtomobil vurdu: Ölən var
Yevlaxda gecə baş verən qəza zamanı ölən və yaralanan şəxslərin kimlikləri məlum olub. Canlixeber.com “Report”a istinadən xəbər verir ki, idarəetmədən çıxan avtomobil yol kənarındakı Cabbar Əliyevlə onun nəvəsi – 2015-ci il təvəllüdlü Sübhan Əlizadəni vurub. Nəticədə yeniyetmə hadisə yerində keçinib, C. Əliyev isə ağır vəziyyətdə Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma davam etdirilir.
İyunda hava necə olacaq?
İyun ayına olan hava proqnozu açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, iyun ayı ilin ən uzun günləri ilə fərqlənir. Bu ilin iyun ayında havanın orta aylıq temperaturunun və aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər yüksək olacağı gözlənilir. İyun ayının ilk günlərində bəzi […]
Bayram günlərinin hava proqnozu açıqlanıb
Bayram günlərində (mayın 27-28-29-da) ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında mayın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə […]
Bu gün hava necə olacaq?
Mayın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-19° […]
Aprelin 26-da keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2026-cı il aprelin 26-da keçirilən buraxılış imtahanının nəticələri elan olunub. Canlixeber.com xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, imtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, […]
Beş futbolçu “Şamaxı”nı tərk edib
“Şamaxı”nın 5 futbolçusu komandadan ayrılıb. Canlixeber.com xəbər verir ki, bu barədə bölgə klubundan məlumat verilib. Bildirilib ki, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev və Səlim Həşimov ilə icarə müqavilələrinin müddəti başa çatıb. Adı çəkilən futbolçular məxsus olduqları klublarına qayıdıblar.
Məşhur tiktoker hakim qarşısına çıxarıldı
“Arzum 9999” ləqəbli bloger İlduzə Hacıyeva Elmar qızının cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Canlixeber.com “Unikal”a istinadla xəbər verir ki, Bakı şəhər Xəzər rayon Məhkəməsində keçirilən prosesdə blogerin vəkili Fərid Həsənov məhkəməyə vəsatətlər təqdim edib və vəsatət təmin edilib. Eyni zamanda prosesdə bloger Arzumun qızı və əlavə şahid kimi hadisə zamanı olan şəxs dindirilib. Onlar […]
Paytaxtda dolu yağır
Mayın 26-sı saat 15:20 məlumatına əsasən hazırda Sumqayıt şəhərində xırda dənəli dolu qeydə alınır. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində prosesin qısamüddətdə yayılması ehtimalı var.
“Sabah” qapıçısını göndərdi
“Sabah” klubu qapıçısı Nicat Mehbalıyevlə yollarını ayırıb. Canlixeber.com xəbər verir ki, bu barədə ölkə çempionu məlumat yayıb. 26 yaşlı qolkiperin mövsümün sonunda başa çatan müqaviləsinin müddəti yenilənməyib. Xatırladaq ki, Nicat Mehbalıyev 2021-ci ildən “Sabah”da çıxış edib.
