Qurban bayramı
Bakıdan bölgələrə iki gün ərzində 20 000-ə yaxın sərnişin daşınıb
Qurban bayramı və Müstəqillik günü ilə əlaqədar bütün avtovağzal və avtostansiyalar mayın 26-dan gücləndirilmiş iş rejimində çalışır. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, iki gün ərzində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 592 reys həyata keçirilib, 20 000-ə yaxın sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb. Sərnişin […]
Bakıda bayram namazı qılınıb
Bakıdakı Əjdərbəy, Təzəpir və digər məscidlərdə Qurban bayramı münasibətilə namaz qılınıb. Canlixeber.com xəbər verir ki, Təzəpir məscidində bayram namazı saat 09:00-da başlanıb. Namaz Qafqaz Müsəlmanları İdarəsini sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərliyi ilə qılınıb.
Avtovağzallar bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün 26-31 may tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. Bildirilib ki, AYNA şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişindaşımaları […]
Qurban bayramı ilə bağlı fətva verildi
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qurban bayramı ilə bağlı fətva verib. Canlixeber.com xəbər verir ki, bu barədə QMİ məlumat yayıb. Fətvada deyilir: “Bağışlayan və Mərhəmətli Allahın adı ilə! Qarşıdan İslam aləmi və xalqımızın müqəddəs günlərindən biri, Rəbbimizin insanlığa lütf və inayətinin rəmzi olan mübarək Qurban bayramı gəlir. Bütün səmavi dinlərin əziz tutduğu, Həzrət İbrahim əleyhissalamın əhdi […]
Cəbrayılda “Qurban Yarmarkası – Bərəkət Festivalı” keçiriləcək
27 may tarixində Qurban bayramı münasibətilə Cəbrayıl rayonunun Horovlu kəndində “Qurban Yarmarkası – Bərəkət Festivalı” keçiriləcək. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Bildirilib ki, festival çərçivəsində Şərqi Zəngəzur və ətraf bölgələrdə fəaliyyət göstərən fermer və heyvandarlıq təsərrüfatları tərəfindən təqdim olunan qurbanlıqlar birbaşa satışa çıxarılacaq. Yarmarkada qonaqlar üçün – yerində […]
Bayrama görə pensiya və sosial ödənişlər bu tarixdə veriləcək
Qurban bayramı ərəfəsində pensiya və digər sosial ödənişlərin vaxtından əvvəl verilib-verilməyəcəyi ilə bağlı məsələyə aydınlıq gətirilib. Canlixeber.com xəbər verir ki, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, mayın 27 və 28-nə təsadüf edən bayram günləri ilə əlaqədar ödəniş qrafikində hər hansı dəyişiklik nəzərdə tutulmur. Qurum rəsmiləri bildirir ki, ölkə üzrə […]
