Yevlaxda baba və nəvəsini avtomobil vurdu: Ölən var
Yevlaxda gecə baş verən qəza zamanı ölən və yaralanan şəxslərin kimlikləri məlum olub.
Canlixeber.com “Report”a istinadən xəbər verir ki, idarəetmədən çıxan avtomobil yol kənarındakı Cabbar Əliyevlə onun nəvəsi – 2015-ci il təvəllüdlü Sübhan Əlizadəni vurub.
Nəticədə yeniyetmə hadisə yerində keçinib, C. Əliyev isə ağır vəziyyətdə Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma davam etdirilir.
