Şamaxı FK
“Turan Tovuz” “Şamaxı”nın futbolçusunu transfer etdi
“Şamaxı” klubunun futbolçusu Dioqo Balau transferi ilə bağlı “Turan Tovuz” klubu ilə razılıq əldə edib. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən bildirib. Qeyd edək ki, ötən mövsümün əvvəlində komandaya qoşulan Balau “Şamaxı” forması ilə üç qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.
“Şamaxı” klubu Həbib İsmayılovla yeni müqavilə bağlayıb
“Şamaxı” klubu futbolçusu Həbib İsmayılovla yeni müqavilə bağlayıb. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Premyer Liqası təmsilçisindən məlumat verilib. H.İsmayılov növbəti iki mövsümdə də “Şamaxı”nın formasını geyinəcək. Qeyd edək ki, “Şamaxı” Premyer Liqanın 2025/2026 mövsümündə 38 xalla 8-ci olub.
Azər Bağırov “Şamaxı”nın yeni baş məşqçisi oldu
“Şamaxı” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib. Canlixeber.com xəbər verir ki, klub rəhbərliyi aparılan danışıqlardan sonra Azər Bağırov ilə razılıq əldə edib. Tərəflər arasında 3 illik müqavilə imzalanıb. Qeyd edək ki, Azər Bağırov son olaraq “Kəpəz” komandasını çalışdırıb.
“Şamaxı” daha bir futbolçusu ilə vidalaşdı
Azərbaycan Premyer Liqasında çıxış edən “Şamaxı” daha bir futbolçusu ilə vidalaşıb. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bildirilib ki, Vladislav Veremeyevlə yollar ayrılıb. Ukraynalı müdafiəçinin bölkə təmsilçisi ilə müqaviləsinin müddəti başa çatıb. Qeyd edək ki, Vladislav Veremeyev 2025-ci ilin yanvar ayından “Şamaxı”da çıxış edirdi.
Beş futbolçu “Şamaxı”nı tərk edib
“Şamaxı”nın 5 futbolçusu komandadan ayrılıb. Canlixeber.com xəbər verir ki, bu barədə bölgə klubundan məlumat verilib. Bildirilib ki, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev və Səlim Həşimov ilə icarə müqavilələrinin müddəti başa çatıb. Adı çəkilən futbolçular məxsus olduqları klublarına qayıdıblar.
“Şamaxı” futbolçusu ilə yollarını ayırdı
“Şamaxı” futbolçusu Kərim Rossi ilə yollarını ayırıb. Canlixeber.com klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçu ilə nəzərdə tutulan müqavilə müddəti başa çatıb. Rossiyə göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırlar.
“Şamaxı” Ayxan Abbasovla yollarını ayırdı
“Şamaxı”da baş məşqçi ayrılığı rəsmiləşib. Canlixeber.com xəbər verir ki, bölgə təmsilçisi Ayxan Abbasovla əməkdaşlığı davam etdirməyib. Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, mütəxəssislə başa çatan müqavilənin müddəti uzadılmayıb. Bununla da Abbasov “Şamaxı”dakı fəaliyyətini başa vurub. Qeyd edək ki, Ayxan Abbasov 2024-cü ilin yayından “Şamaxı”nın baş məşqçisi postunda çalışırdı.
Premyer Liqa: Daha iki klub avrokuboklara vəsiqə qazandı
Futbol üzrə Azərbaycan Premyer Liqasında 32-ci turun daha 2 oyunu keçirilib. Canlixeber.com xəbər verir ki, “Qarabağ” doğma meydanda “İmişli”yə 3:0, “Şamaxı” isə “Turan Tovuz”a 3:2 hesabı ilə qalib gəlib. Bu nəticələrdən sonra Ağdam klubu 66 xalla 2-ci, Tovuz təmsilçisi 59 xalla 3-cü, Şamaxının eyniadlı komandası 38 xalla 8-ci, İmişli kollektivi isə 33 xalla 9-cu pillədə […]
Premyer Liqa: “Şamaxı” “Turan Tovuz”u, “Qarabağ” “İmişli”ni qəbul edəcək
Misli Premyer Liqasının XXXII turunda bu gün daha iki görüş keçiriləcək. Canlixeber.com xəbər verir ki, “Turan Tovuz” səfərdə “Şamaxı”nın qonağı olacaq.Şamaxı şəhər stadionunda baş tutacaq görüşü Rəvan Həmzəzadə idarə edəcək. Tovuz təmsilçisi hazırda 59 xalla 3-cü pillədə yer alıb. 8-ci yerdə olan “Şamaxı”nın isə 35 xalı var.”Qarabağ” isə Tofiq Bəhramov adına Respublika stadionunda “İmişli”ni qəbul […]
