Beş futbolçu “Şamaxı”nı tərk edib
“Şamaxı”nın 5 futbolçusu komandadan ayrılıb.
Canlixeber.com xəbər verir ki, bu barədə bölgə klubundan məlumat verilib.
Bildirilib ki, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev və Səlim Həşimov ilə icarə müqavilələrinin müddəti başa çatıb.
Adı çəkilən futbolçular məxsus olduqları klublarına qayıdıblar.
