Gürcüstandan azərbaycanlı da daxil 84 əcnəbi deportasiya edilib
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin əməkdaşları son günlərdə 84 xarici vətəndaşı ölkədən deportasiya ediblər. Canlixeber.com xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, deportasiya tədbirləri nazirliyin müvafiq bölmələri ilə koordinasiyalı şəkildə həyata keçirilib. Ölkədən çıxarılan şəxslər Türkmənistan, Rusiya, Türkiyə, İordaniya, Misir, Hindistan, Azərbaycan, Livan, Nigeriya, Çin, Banqladeş, İraq, Kuba, […]
Boks üzrə U-19 dünya çempionatı: Azərbaycanın üç təmsilçisi qələbə qazanıb
Azərbaycanın üç təmsilçisi Monteneqronun Budva şəhərində keçirilən boks üzrə U-19 dünya çempionatında qələbə qazanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb. Yarışın beşinci günündə Gülər Hüseynova (51 kq) 1/16 finalda Diana Dudinlə (Ukrayna) üz-üzə gəlib. Boksçu hər 3 raundu aktivinə yazıb və 5:0 (30:27, 30:27, 29:28, 30:27, 30:27) hesabı ilə qalib […]
Ermənistan mediası türk “bəy”ləri səhv saldı
Türkiyəli məşhur aktyor Cəlal Al barəsində Ermənistan mediasında əsassız xəbərlər tirajlanıb. Canlixeber.com xəbər verir ki, Cəlal Alın fotosundan onunla heç bir əlaqəsi olmayan xəbərdə istifadə olunması aktyorun haqlı narazılığına səbəb olub. Söhbət Azərbaycan Baş Prokurorluğu tərəfindən barəsində axtarış elan edilən Türkiyə vətəndaşlarından birinin aktyor olması və “Diriliş Ertoğrul” serialında çəkilməsi ilə bağlı xəbərdən gedir. Azərbaycanın […]
Azərbaycanın bəzi ərazilərinə qar yağıb – Faktiki hava
Oktyabrın 21-də saat 11:00-a olan faktiki hava açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış, Ordubadın yüksək dağlıq ərazilərində isə qar yağıb. Düşən yağıntının miqdarı Ordubad və Lerikdə 4, Şahbuz, Gədəbəy […]
Fransada qırıcı təyyarə qəzaya uğradı: Ölən var
Fransa Hərbi Hava Qüvvələrinə aid “Mirage 2000D” qırıcı təyyarəsi ölkənin şimal-şərqində yerləşən Nansi şəhəri yaxınlığında qəzaya uğrayıb. Canlixeber.com xəbər verir ki, bu barədə “Franceinfo” radiostansiyası məlumat yayıb. Hadisə yerində heyət üzvlərindən birinin meyitinin qalıqları tapılıb, ikinci pilotun axtarışları isə davam etdirilir. Məlumata əsasən, ərazidə helikopterlər, yanğınsöndürmə briqadaları, jandarm qüvvələri və hərbi ekspertlərin iştirakı ilə irimiqyaslı […]
Vətən Müharibəsi Qəhrəmanına yüksək rütbə verildi
Vətən Müharibəsi Qəhrəmanı, Hərbi Dəniz Qüvvələrinin (HDQ) zabiti Xaliq İbrahimova növbəti hərbi rütbə verilib. Canlixeber.com xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov bununla bağlı Əmr imzalayıb. Əmrə əsasən, X.İbrahimova “1-ci dərəcəli kapitan” hərbi rütbəsi verilib. “1-ci dərəcəli kapitan” rütbəsi digər qoşun növlərindəki “polkovnik” rütbəsinə bərabərdir. Bundan sonrakı pillə “kontr-admiral” ali rütbəsidir. Qeyd edək ki, […]
Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat: Ölən var
Oktyabrın 20-də gecə saatlarında Lerik rayonunun dağlıq ərazisində qanunsuz qazıntı işləri apararaq qızıl axtaran 3 nəfər polis tərəfindən müəyyən olunub. Canlixeber.com xəbər verir ki, həmin şəxslər saxlanılarkən müqavimət göstərərək qaçmağa cəhd ediblər. Bu zaman qaçan şəxslərdən R.Səfərov qayalıqdan dərəyə yıxılaraq aldığı xəsarətlərdən ölüb. Digər şəxs E.Kərimov saxlanılıb. Hadisə yerindən deşici alətlər və dinamitə bənzər, kustar […]
Masazırda qəza: Ölən var
Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Masazır kəndi ərazisində qeydə alınıb. Vahim Xankişi oğlu Vahidov idarə etdiyi “Mercedes-Benz Viano” avtomobili ilə “Duzlu göl” adlanan ərazidə piyada Zaur Zakir oğlu Əzimovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən ölüb. Faktla bağlı cinayət işi başlanılıb.
Gənc oğlanı ürəyindən bıçaqlayan şəxs saxlanıldı
Bakıda 15 yaşlı oğlanı ürəyindən bıçaqlayan şəxs saxlanılıb. Canlixeber.com xəbər verir ki,polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs müəyyən olunaraq saxlanılıb. Xatırladaq ki, oktyabrın 20-də axşam saatlarında 2011-ci il təvəllüdlü Bakı şəhər sakini Ə.Rəhimli döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırmalar aparılır.
Qaxda yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqədə olan şəxslər həbs edilib
Qax rayonunda 8-ci sinif şagirdi ilə cinsi münasibətdə olan dostlar həbs edilib. Canlixeber.com Oxu.az-a istinadla xəbər verir ki, rayon sakini Fərman adlı gənc oğlan parkda 2012-ci il təvəllüdlü qızla tanış olub. Təxminən 10 gün sonra qız Fərmandan ayrılıb və onun 2004-cü il təvəllüdlü qardaşı Rəhmanla sevgi münasibətləri yaşayıb. Rəhman qızla mütəmadi görüşüb. Bir müddət sonra […]
