Avtomobil yanğını
İsmayıllıda avtomobil küçədə yandı
İsmayıllı rayonunda avtomobil küçədə yanıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Diyallı kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini Rəfael Nəsirova məxsus “Mercedes” markalı avtomobil küçədə yanıb. Faktla bağlı araşdırma aparılır.
Cəlilabadda YANĞIN: Maşını alovlar içində avtoyuma məntəqəsinə çatdırdı
Ötən gün Cəlilabadda ot bağlaması yüklənmiş yük avtomobilində yanğın baş verib. Canlixeber.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Qarazəncir kəndində qeydə alınıb. Hərəkətdə olan avtomobilin yük hissəsindəki ot bağlamaları qəfil alışmağa başlayıb. Yanğını görən sürücü avtomobili yaxınlıqdakı avtoyuma məntəqəsinə sürərək su vasitəsilə alovun qarşısını almağa çalışıb.
