3 mins read

“AzDrama”dan Mehriban Xanlarovanın işlə bağlı müraciətinə cavab

Əməkdar artist Mehriban Xanlarovanın əvvəlki işinə qayıtmaq istəməsi ilə bağlı açıqlamasına Dövlət Akademik Milli Dram Teatrından münasibət bildirilib.​ Canlixeber.com xəbər verir ki, teatrın məlumatına görə, uzun illər bu səhnədə fəaliyyət göstərmiş Mehriban Xanlarovanın teatra olan mənəvi bağlılığı və bu sənət ocağına xüsusi münasibəti anlayışla qarşılanır. “Mehriban Xanlarova əvvəlcə yenidən işlə təmin olunması ilə bağlı müraciət edib. […]

1 min read

“Chevrolet” əvvəl “Opel”ə, daha sonra işıq dirəyinə çırpıldı

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Firuz Ələkbərov və Elməddin Nəsibov küçələrinin kəsişməsində qeydə alınıb. Belə ki, “Chevrolet” və “Opel” markalı avtomobillər toqquşub. Zərbənin təsirindən idarəetmədən çıxan “Chevrolet” yol kənarındakı işıq dirəyinə çırpılaraq onu sıradan çıxarıb. Qəza zamanı xəsarət alan olmayıb, lakin hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

1 min read

Daha 1 il “Qarabağ”da

“Qarabağ” Futbol Klubu futbolçusu Bədavi Hüseynovla müqavilə müddətini uzadıb. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bildirilib ki, klub Azərbaycan millisinin müdafiəçisi ilə yeni 1 illik sözləşmə imzalayıb. “Razılaşmaya əsasən, Bədavi Hüseynov 2027-ci ilin yayına qədər komandamızın uğurları üçün mübarizə aparacaq. 2012-ci ildən “Qarabağ”ın formasını geyinən Hüseynov komandamızın heyətində Premyer Liqada 267 oyunda […]

2 mins read

Masazırda motosiklet sürücülərinə qarşı reyd – 45 nəfər SAXLANILDI

Abşeron rayonu, Masazır kəndində yol hərəkəti qaydalarını pozan şəxslər müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlər görülür. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, qeyd olunan ərazidə keçirilən nəzarət-profilaktik tədbirlər nəticəsində müxtəlif qayda pozuntularına yol verən 45 motosiklet sürücüsü saxlanılıb. Bildirilib ki, hazırda reydlər davam etdirilir. Polis əməkdaşları tərəfindən yol […]

2 mins read

Dübəndi çimərliyi ərazisində neftlə çirklənmənin səbəbi açıqlanıb

19 iyun tarixində “Azneft” İB-nin mərkəzi aparatının aidiyyəti xidmətlərinə Dübəndi çimərliyi ərazisində neftlə çirklənmə izlərinin müşahidə olunması barədə məlumat daxil olub. Pirallahı adası ilə Dübəndi arasındakı akvatoriyada gəmilər və helikopter vasitəsilə aparılan ilkin baxış zamanı neft ləkəsi aşkar edilib. Canlixebər.com xəbər verir ki, hadisənin ilkin mərhələsində neftin aktiv çıxış nöqtəsi vizual olaraq müşahidə olunmadığından mümkün […]

1 min read

Boksçumuz Dünya Kubokunda qızıl medal qazandı

Azərbaycan boksçusu Səidcəmşid Cəfərov Çinin Quyyan şəhərində keçirilən Dünya Kubokunun qalibi olub. Canlixeber.com xəbər verir ki, 75 kq çəki dərəcəsində mübarizə aparan milli üzvü finalda Rami Kiuanla (Bolqarıstan) döyüşüb. Hər 3 raundu xeyrinə başa vuran Cəfərov yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28) hesabı ilə qələbə qazanıb və Dünya Kubokunda qızıl medala yiyələnib. Beləliklə, Azərbaycan […]

1 min read

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salındı

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyasının ixracı və tranzit yüklərin tədarükü həyata keçirilib. Canlixeber.com xəbər verir ki, 17 vaqondan ibarət, ümumi çəkisi 1000 tona yaxın olan dizel yanacağı Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb. Xatırladaq ki, indiyədək Azərbaycandan Ermənistana 13 min tondan çox dizel, 4 min tondan çox Aİ-92 və Aİ-95 markalı benzin ixrac […]

1 min read

Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb

Anbarlardan qəbul edilən suyun miqdarını artırmaq və sutəmizləyici qurğuların məhsuldarlığının artırmaq məqsədi ilə texniki işlər icra edilir. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. Qeyd olunub ki, görülən işlər çərçivəsində Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb. “Nəticədə müxtəlif rayonların ərazilərində suyun verilmə saatlarında 2-3 saatlıq azalmalar tətbiq olunur. Su […]

1 min read

FHN küləkli hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib

Fövqəladə Hallar Nazirliyi (FHN) küləkli hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. “Hazırda ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraitini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək küləkli hava şəraitində dənizə girməyin təhlükəli olduğunu xatırladır və […]