Tovuz rayonu
Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Tovuz şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. “VAZ 2106” ilə “Hyundai” markalı minik avtomobilləri toqquşub. Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Tovuzda 32 yaşlı kişi qətlə yetirildi – Saxlanılan var
Tovuzda qətl hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb. Tovuz Rayon Polis Şöbəsinə Bakı şəhər sakini, 32 yaşlı Elməddin Quliyevin kəsici-deşici alətlə xəsarət alması və yerləşdirildiyi xəstəxanada ölməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Tovuz rayon sakini, 29 yaşlı Asəf Rüstəmov saxlanılaraq […]
“Chevrolet” əvvəl “Opel”ə, daha sonra işıq dirəyinə çırpıldı
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Firuz Ələkbərov və Elməddin Nəsibov küçələrinin kəsişməsində qeydə alınıb. Belə ki, “Chevrolet” və “Opel” markalı avtomobillər toqquşub. Zərbənin təsirindən idarəetmədən çıxan “Chevrolet” yol kənarındakı işıq dirəyinə çırpılaraq onu sıradan çıxarıb. Qəza zamanı xəsarət alan olmayıb, lakin hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Tovuzda ferma yandı, heyvanlar tələf oldu
Tovuzda yanğın qeydə alınıb Canlixeber.com “Unikal”a istinadla xəbər verir ki, hadisə Ceyrançölü adlanan ərazidə baş verib. Belə ki sözügedən ərazidə yerləşən, rayon sakini 1974-cü il təvəllüdlü Məhəmməd Məhəmmədova məxsus ümumi sahəsi 360 kv metrə yaxın olan xırdabuynuzlu mal-qara saxlanılan fermada qəfil yanğın olub. Alov qısa müddətdə geniş ərazini cənginə alıb. Dərhal hadisə yerinə FHN-nin Dövlət […]
