Xəbər lenti
Sonuncu xəbərlər
İsmayıllıda ağır qəza: Ölən və yaralılar var
İsmayıllı rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə iyunun 21-də saat 13 radələrində İvanovka-Qalagah-Göyçay yolunun 13-cü kilometrində Uştal kənd ərazisindən keçən hissədə qeydə alınıb. Belə ki, 1982-ci il təvəllüdlü İsmayıl Rafiq oğlu Mahmudovun idarə etdiyi “Ford” markalı avtomaşınla 1969-cu il təvəllüdlü Elxan Hüseyn oğlu Nağıyevin idarə etdiyi VAZ-2106 avtomobili toqquşub. Nəticədə, VAZ-dakı […]
Marko Yankoviç “Qarabağ”ı Türkiyə klubuna dəyişdi
“Qarabağ”ı daha bir futbolçu tərk edib. Canlixeber.com xəbər verir ki, Marko Yankoviç Türkiyə Super Liqasına vəsiqə qazanmış “Çorum”a transfer olunub. Onunla “2+1” illik müqavilə bağlanılıb. 30 yaşlı futbolçunun “Qarabağ” və “Zirə” arasında keçirilmiş yoxlama oyununda (4:3) görünməməsi də bu səbəbdən olub. “Çorum” 2027-ci ilin yayınadək müqaviləsi olan futbolçuya görə “Qarabağ”a transfer məbləği də ödəyib. Yeri […]
Sürayyə Hacıyeva yüksək vəzifəyə təyin olundu
Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinə ictimaiyyətlə əlaqələr şöbəsinə yeni rəhbər təyin olunub. Canlixeber.com xəbər verir ki, jurnalist Sürayyə Hacıyeva bu vəzifəyə təyinat alıb. Xatırladaq ki, S.Hacıyeva bu təyinata qədər AZƏRTAC-da çalışıb.
Masalıda 1520 ədəd xaş-xaş kolu məhv edilib
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Dəmbəlov kəndi ərazisindəki meşə zolağında yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, ümumi çəkisi 349 kiloqram olan 1520 ədəd xaş-xaş kolu məhv edilib.
Nazirlikdən XƏBƏRDARLIQ: Partlayışlar olacaq
22-25 iyun tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək. Canlixeber.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – məlumatda […]
Sumqayıtda 57 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb
Sumqayıtda 57 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb. Belə ki, Sumqayıt şəhər sakini, 1969-cu il təvəllüdlü Mehman Həsən oğlu Baytev yıxılıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəstəxanaya çatdırılan M.Baytevə tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
Bakının bəzi ərazilərində işıq olmayacaq
Bu gün Bakının Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Mikayıl Müşfiq küçəsi, Mətbuat və Parlament prospektlərinin bir hissəsində […]
Çimərliklərdə hava necə olacaq?
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, iyunun 22-də arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 20-21, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 22-23 dərəcə isti olacaq
FHN çimərliklərlə bağlı xəbərdarlıq etdi
Fövqəladə Hallar Nazirliyi (FHN) küləkli hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb: “Hazırda ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraitini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək küləkli hava şəraitində dənizə girməyin təhlükəli olduğunu xatırladır […]
Bu gün hava necə olacaq?
İyunun 22-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz havanın qısa müddətə tutulacağı, bəzi şəhərətrafı ərazilərdə az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 19-22° […]
