1 min read

Aidə Əliyevaya vəzifə verildi

Jurnalist Aidə Əliyeva Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) İctimaiyyətlə əlaqələr üzrə menecer vəzifəsinə təyin olunub. Canlixeber.com xəbər verir ki, bu barədə özü sosial media hesabında paylaşım edib. Onun sözlərinə görə, vəzifəsinin icrasına başlayıb. Qeyd edək ki, Aidə Əliyeva Azərbaycan teleməkanında ilk dəfə olaraq dünya çempionatı oyunları şərh edən iki qadın jurnalistimizdən biridir.

1 min read

AFFA İntizam Komitəsi Premyer Liqanın iki klubunu cərimələyib

AFFA İntizam Komitəsi iki klubu cərimələyib. Canlixeber.com xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul edilib. Misli Premyer Liqasında II turun “Zirə” – “İmişli” oyununda qonaq komanda 5 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib. “Neftçi” – “Araz-Naxçıvan” oyununda isə stadionun işıqlandırılmasında yaranan problem səbəbindən matç 4 dəqiqə dayandırılıb. Paytaxt təmsilçisi buna görə […]

1 min read

AFFA aşağı yaş qrupları üzrə millilərin baş məşqçilərini açıqlayıb

Azərbaycanın futbol üzrə aşağı yaş qruplarından ibarət millilərinin yeni baş məşqçiləri açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Aleksandr Qross U-15, Famil Xəlilov U-16, Emin Mustafayev U-17, Mahmud Qurbanov U-18, Elgiz Kərəmli U-19 komandasının baş məşqçisi təyin edilib. Qeyd edək ki, baş məşqçi vəzifələri üzrə açıq müraciət prosesi AFFA-nın yeni […]

1 min read

AFFA Hakimlər Komitəsinin iclasında 2026/2027 mövsümü üçün hakim siyahıları təsdiqlənib

AFFA Hakimlər Komitəsinin iclası keçirilib. Canlixeber.com xəbər verir ki, İclasda 2026/2027-ci illər mövsümünə hazırlıq çərçivəsində bir sıra mühüm məsələlər ətrafında geniş müzakirələr aparılıb və müvafiq qərarlar qəbul olunub. Tədbirin gündəliyinə aşağıdakı əsas məsələlər daxil edilib: – Hakimlərin kateqoriyalar üzrə yekun siyahısının təqdimatı və təsdiqi; – AFFA, UEFA və IFAB-ın yeni təlimat, qayda dəyişiklikləri və tövsiyələrinin […]

1 min read

Avropa çempionatı: Azərbaycanın çimərlik futbolu millisi pley-off mərhələsinə yüksəlib

Çimərlik futbolu üzrə Azərbaycan millisi Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində (EBSL) üçüncü oyuna çıxıb. Canlixeber.com xəbər verir ki, B Liqasının B qrupunda yer alan komanda Latviya yığması ilə qarşılaşıb. Batumi çimərlik meydançasında baş tutan görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Hər iki qolu Orxan Məmmədov vurub. Bununla qrupda ikinci yeri tutan […]

1 min read

“Sabah”ın qapıçısı Rəvan Mirzəmmədov U-21-in düşərgəsindən ayrılıb

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycanın Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb. Bildirilib ki, “Sabah”ın qapıçısı Rəvan Mirzəmmədov zədə səbəbindən düşərgədən ayrılıb. Onun əvəzinə “Neftçi”nin qolkiperi Nurəziz Əzizov heyətə dəvət edilib. Qeyd edək ki, mayın 28-dən Bakıda bir araya gələn U-21 bu gündən […]