1 min read

Bu gün hava necə olacaq?

Avqustun 26-da gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturu gecə 22-26° isti, gündüz 29-32° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi […]

1 min read

Baş Qərargah rəisi Kərim Vəliyev Pakistan nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Müdafiə Qüvvələri Qərargahının Xarici Hərbi Əməkdaşlıq Baş İdarəsinin rəisi general-mayor Məhəmməd İmran Xan Babarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Canlixeber.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə ölkələrimiz […]

1 min read

158 kiloqram uyğunsuz dondurma AŞKAR EDİLDİ

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən dondurma məhsullarının təhlükəsizlik və keyfiyyət göstəricilərinin qiymətləndirilməsi məqsədilə monitorinq keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə AQTA məlumat yayıb. Bildirilib ki, monitorinq çərçivəsində 13 istehsalçıya məxsus 27 dondurma nümunəsi götürülərək laborator müayinələr aparılıb. Nəticələrə əsasən, istehsalçı – fiziki şəxs Tahir Adil oğlu Qasımova məxsus məhsul nümunəsində uyğunsuzluq müəyyən edilib. […]

1 min read

“Sabah”ın Çempionlar Liqasındakı oyunu hansı kanalda yayımlanacaq?

Bu axşam UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək. Canlixeber.com xəbər verir ki, təmsilçimiz “Sabah” bu mərhələdə İsrailin “Hapoel Beer-Şeva” klubunu qəbul edir. İzləyicilər “Sabah” – “Hapoel Beer-Şeva” oyununu İctimai TV-də izləyə biləcəklər. UEFA Çempionlar Liqası Pley-off mərhələsi 25 avqust Saat 20:45, “Sabah” – “Hapoel Beer-Şeva” (İctimai TV).

1 min read

Oğuzda minik maşını aşıb: 7 YARALI VAR

Oğuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə bu gün saat 12 radələrində Kərimli kəndi ərazisində qeydə alınıb. Sürücünün idarəetməni itirməsi nəticəsində “Mercedes” markalı, 10-XS-235 dövlət nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində yeddi nəfərin yüngül xəsarətlə xəstəxanaya müraciət etdiyi bildirilir.

1 min read

Tovuzda iki maşın toqquşdu: Dördü qadın olmaqla beş yaralı var

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. Rayonun Əhmədabad kəndində minik avtomobillərinin toqquşması nəticəsində beş nəfər xəsarət alıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan beş nəfər (dörd qadın, bir kişi) 25.08.2026-cı il tarixində saat 09:40-da Tovuz […]

1 min read

Natəvan Həsənovaya Sumqayıtda vəzifə verildi

Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinə yeni direktoru təyin olunub. Canlixeber.com xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, bu vəzifəyə Natəvan Həsənova təyinat alıb. O, kollektivə təqdim olunub. Natəvan Həsənova müxtəlif dövlət əhəmiyyətli tədbirlərdə solist və orkestr musiqiçisi kimi çıxış edib. 2015-ci ildə ABŞ-nin Nyu-York […]

1 min read

Tovuzda vəzifəli şəxs vəfat edib

Tovuz Rayon İcra Hakimiyyətinin vəzifəli əməkdaşı vəfat edib. Canlixeber.com xəbər verir ki, icra hakimiyyətinin başçısı aparatının Sosial-İqtisadi və memarlıq-tikinti məsələləri şöbəsi, Memarlıq-tikinti məsələləri sektorunun böyük məsləhətçisi Tariyel Əlixan oğlu Məmmədov vəfat edib. Belə ki, o, üçüncü dərəcəli dövlət qulluqçusu olub.

1 min read

Tovuzda DƏHŞƏT: Yeni qurulmuş ailədə QAN TÖKÜLDÜ

Tovuzda qadın boğaz nahiyəsindən bıçaqlanıb. Canlixeber.com xəbər verir ki, hadisə Qovlar qəsəbəsində qeydə alınıb. 2006-cı il təvəllüdlü Rufanə Nəbiyeva bıçaq xəsarətləri ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin ehtimala görə, 20 yaşlı qadını həyat yoldaşı Nəbi Nəbiyev bıçaqlayıb. Onlar yeni ailə həyatı qurubmuşlar. Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma başlanılıb.