Sonuncu xəbərlər
Bacısının sevgilisini öldürən yeniyetmə: “Onların fotosunu “TikTok”da gördüm…” – TƏFƏRRÜAT
Adam öldürməkdə təqsirləndirilən 2010-cu il təvəllüdlü F.Paşazadənin barəsindəki cinayət işinin bəzi detalları məlum olub. Canlixeber.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Bəhruz Müslümovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib. İttihama əsasən, yetkinlik yaşına çatmayan F.Paşazadə 2026-cı ilin aprelində saat 02:05 radələrində bacısı S.P. (adı, soyadı şərtidir) ilə sevgi münasibətində olan 2007-ci […]
Göyçayda ana pilləkəndən yıxıldı, üçaylıq körpəsi öldü
Göyçay rayonunda üçaylıq körpə ölüb. Canlixeber.com xəbər verir ki, hadisə rayon ərazisində baş verib. Rayon sakini olan qadın üçaylıq körpəsi qucağında yaşadığı ünvanda evdən həyətə düşərkən pilləkəndən yıxılıb. Bu zaman qucağında olan körpə əlindən düşərək baş nahiyəsi yerə çırpılıb. Körpə aldığı xəsarətlərdən vəfat edib. Faktla bağlı araşdırma aparılır.
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilər QAZSIZ QALDI
Bakının Nizami rayonunun bəzi küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranıb. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyindən bildirilib. Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar 07.09.2026-cı il tarixində saat 09:00-dan işlər yekunlaşanadək Nizami rayonunun 8-ci köndələn, Pəhlivan Fərzəliyev küçələrinin qaz təchizatı qısamüddətli dayandırılıb.
Şəkidə avtomobil piyadanı vuraraq öldürdü
Şəkidə avtomobil piyadanı vuraraq öldürüb. Canlixeber.com xəbər verir ki, hadisə saat 20 radələrində Şəki-Oğuz avtomobil yolunun rayonun Aşağı Küngüt kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, Vüsal Qarayev idarə etdiyi avtomobillə piyada, 51 yaşlı Rizvan Xəlilovu vurub. Piyada aldığı xəsarətlərdən ölüb. Faktla bağlı araşdırma aparılır.
İkiqat Azərbaycan çempionu VƏFAT ETDİ
Veteran futbolçu Mehman Hacıyev 52 yaşında vəfat edib. Canlixeber.com xəbər verir ki, “Kəpəz” klubunun yetirməsi olan futbolçu komandının heyətində iki dəfə ölkə çempionu olub, eləcə də ölkə Kubokunu qazanıb. M.Hacıyevin ölüm səbəbi barədə məlumat verilməyib. O, karyerası ərzində “Turan Tovuz” və “Qarabağ”ın da formasını geyinib. Veteran futbolçu, həmçinin 2010-2013-cü illərdə “Kəpəz”in əvəzedicilərinin, 2013-2014 mövsümündə isə […]
ABŞ-də ayı evə girərək əlil arabasındakı kişini parçalayıb
ABŞ-nin Nyu-Meksiko ştatında ayı yaşlı kişinin evinə girərək ona hücum edib. Canlixeber.com “People” nəşrinə istinadən xəbər verir ki, 67 yaşlı kişi hadisə zamanı evdə tək olub. Onun ögey oğlu isə poçta gedibmiş. Məlumata görə, yaşlı kişi yaxın vaxtlarda insult keçirib, həyat yoldaşını itirib və əlil arabasından istifadə edib. Ögey oğlu evə qayıdarkən qapının yarıaçıq olduğunu […]
Ağstafada 25 yaşlı gənc bıçaqlanıb
Ağstafada bıçaqlanma hadisəsi olub. Canlixeber.com xəbər verir ki, rayon sakini, 2001-ci il təvəllüdlü H.Sadıqov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal yardım edildikdən sonra Qazax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda H.Sadıqovun vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisənin hansı şəraitdə baş verməsi məlum deyil. Faktla polis əməkdaşları tərəfindən araşdırma aparılır.
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq
Sentyabrın 7-də paytaxtın Yasamal rayonunun bir sıra ərazilərində işıq olmayacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. Görüləcək işlərlə əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Abdulla Şaiq, Azad Mirzəyev, Məhəmməd Xiyabani, […]
Bakıda leysan olacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında sentyabrın 7-si gündüzdən 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısa müddətə leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Azərbaycanın rayonlarında sentyabrın 6-sı axşam saatlarından 8-i gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə […]
Bu gün hava necə olacaq?
Sentyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı və əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gün ərzində bəzi yerlərdə fasilələrlə yağış yağacağı ehtimal olunur. Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı […]
