Sosial
Sonuncu xəbərlər
“Qarabağ”dan növbəti transfer bombası: Hücum xəttinə yeni ulduz gəlir
Yay transfer transfer pəncərəsinə sürətli başlayan “Qarabağ” klubu heyətini daha bir istedadlı futbolçu ilə gücləndirməyə hazırlaşır. Canlixeber.com xəbər verir ki, Ağdam təmsilçisi Serbiyanın məşhur “Srvena Zvezda” klubunda çıxış edən Şavi Babikanın transferini rəsmiləşdirmək üzrədir. Lakin bu transfer mübarizəsində “Qarabağ” tək deyil. Kiprin “Omoniya” və Yunanıstanın AEK komandaları da futbolçunu yaxından diqqətdə saxlayır. Xatırladaq ki, oyunçunun […]
“Sumqayıt” baş məşqçisi ilə yollarını ayırdı
“Sumqayıt”da baş məşqçi ayrılığı yaşanıb. Canlixeber.com xəbər verir ki, klub Saşa İliçlə vidalaşıb. “Gənclik şəhər” təmsilçisi serbiyalı mütəxəssislə başa çatan müqaviləni yeniləməyib. “Kimyaçılar” İliçə gələcək karyerasında uğurlar arzulayıb. Qeyd edək ki, “Sumqayıt” 2025/2026 mövsümünü 41 xalla turnir cədvəlinin 7-ci pilləsində başa vurub.
DİM xarici dil imtahanının modelini DƏYİŞİR: 100 sözlük mətn TƏLƏBİ
25 may 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzində (DİM) tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə təkmilləşdirilmiş imtahan modelinin növbəti təqdimatı keçirilib.Canlixeber.com xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, tədbirdə öncədən qeydiyyatdan keçmiş xarici dil mütəxəssisləri iştirak ediblər. DİM-in Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva qeyd edib […]
Azərbaycanda elmlər doktoru vəfat etdi
Akademik Yusif Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunun baş elmi işçisi, kimya elmləri doktoru İlqar Hacı oğlu Əyyubov vəfat edib. Canlixeber.com xəbər verir ki, o müalicə aldığı xəstəxanada vəfat edib. Qeyd edək ki, İ.Əyyubov mayın 19-da insult keçirərək xəstəxanaya yerləşdirilmişdi.
Bu gün Azərbaycanda qısaldılmış iş günüdür
Bu gün Azərbaycanda qısaldılmış iş günüdür. Canlixeber.com xəbər verir ki, Əmək Məcəlləsinə əsasən, bayram günündən əvvəlki iş günü bir saat qısaldılır. Sabah Qurban bayramı qeyd olunacağı üçün bu gün iş vaxtı bir saat azaldılıb. Qeyd edək ki, Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar 27-31 may tarixləri ölkədə qeyri iş günü olacaq. Azərbaycanda növbəti iş […]
Kürdəmirdə FACİƏ: Azyaşlı pəncərədən yıxılıb ÖLDÜ
Kürdəmirdə azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirib. Canlixeber.com APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Babək küçəsində baş verib. Belə ki, şəhər sakini, 2023-cü il təvəllüdlü Yusif Qədir oğlu Vahidov ehtiyatsızlıqdan yaşadığı çoxmərtəbəli binanın 5-ci mərtəbəsinin pəncərəsindən yıxılaraq ölüb. Faktla bağlı araşdırma aparılır.
Ağsuda DƏHŞƏTLİ QƏZA: Ölənlər və xəsarət alanlar var
Ağsuda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com Oxu.Az-a istinadla xəbər verir ki, hadisə rayonun Dilman kəndi ərazisində qeydə alınıb. BYD markalı minik avtomobil kənd ərazisində hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarındakı beton bəndə çırpılıb. Avtomobil daha sonra körpüdən Ağsu çayına aşıb.Hadisə nəticəsində avtomobildə olan 1999-cu il təvəllüdlü Kamran Cəfərov və 2004-cü il təvəllüdlü […]
Meteohəssas insanların NƏZƏRİNƏ
Mayın 26-ı üçün tibbi-meteoroloji hava proqnozu açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Abşeron yarımadasında rütubətli hava şəraiti gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Bu gün hava necə olacaq?
Mayın 26-da gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi axşam cənub-şərq […]
Toral Bayramov Türkiyə klubuna keçdi – RƏSMİ
Azərbaycan millisinin futbolçusu Toral Bayramov Türkiyənin “Bursaspor” klubuna keçib. Canlixeber.com xəbər verir ki, bu barədə “Qarabağ” klubu məlumat yayıb. Bildirilib ki, qardaş Türkiyənin köklü klublarından olan “Bursaspor”un Toral Bayramovun transferində ciddi maraq göstərməsi, həmçinin milli komandanın futbolçusunun özünün legioner həyatı yaşamaq və karyerasını xaricdə davam etdirmək istəyi bu keçidin reallaşmasında mühüm rol oynayıb. “Qarabağ” 25 […]
