Xəbər lenti
Sosial
Sonuncu xəbərlər
Binəqədi rayonunun bir sıra ərazilərinin qaz təchizatında fasilə yaranacaq
Bu gün Binəqədi rayonunun bir sıra ərazilərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Məlumata görə, təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar 05.06.2026-ci il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Binəqədi və M. Ə. Rəsulzadə qəsəbələrinin, Mədən ərazisinin, Baksol yolunun, Binəqədi şosesinin qaz təchizatında qısamüddətli fasilə […]
Sürücülərin NƏZƏRİNƏ: Görünüş məsafəsi MƏHDUDLAŞACAQ
İyunun 5-də Azərbaycanın bəzi yollarında görünüş çətinləşəcək. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və səhər saatlarında ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti ilə əlaqədar magistral yollarda görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
Bu gün hava necə olacaq?
İyunun 5-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-18° isti, gündüz 24-29° isti […]
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyasına qarşı əməliyyat keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları ilə birgə keçirilən tədbir zamanı Hirkan Milli Parkının çətin relyef şəraitinə malik meşə ərazisində salınmış narkotik plantasiyası aşkarlanıb. Tədbirlərlə həmin […]
Həbs edilən Mehriban Abasquliyeva hansı TANINMIŞ ŞƏXSİN BACISI İMİŞ?
Respublika Perinatal Mərkəzində 7 körpənin ölümünə səbəb olan yanğına görə həbs edilən Mehriban Abasquliyeva 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilməklə məhkəmə zalından həbs olunub. Canlixeber.com “Unikal”a istinadən xəbər verir ki, M.Abasquliyevanın qardaşı Çingiz Bəşirov 1990-2000-cı illərdə Sumqayıt İnzibati İqtisad, Bakı İnzibati İqtisad məhkəmələrinin keçmiş sədri və Ali Məhkəmənin keçmiş sədr müavini vəzifəsində çalışıb.
Cəlilabadda minik avtomobili “ZiL”ə çırpılıb: XƏSARƏT ALANLAR VAR
Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, vu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) bölmə rəisi Elvin Hacıyev qeyd edib. O bildirib ki, hadisə bu gün saat 13:30-da köhnə Ələt-Astara yolunun 125-ci kilometrliyində qeydə alınıb. “Pərviz Tələt oğlu Mirzəzadənin idarə etdiyi “ZiL Qaz 53” markalı 15-BN-418 dövlət nömrə nişanlı avtomobillə Fərid Rüstəm […]
Tovuzun bəzi əraziləri qazsız qalacaq
Beş iyun saat 09:00-dan Tovuz şəhərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, qaz təchizatının dayandırılması təmir-quraşdırma işlərinin görülməsi ilə əlaqədardır.
Ağcabədinin bəzi ərazilərində qaz kəsiləcək
Beş iyun saat 10:00-dan Ağcabədi şəhərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, qaz təchizatının dayandırılması payız-qış mövsümünə hazırlıq işlərinin görülməsi il əlaqədardır.
Mehriban Abasquliyeva məhkəmə zalında HƏBS EDİLDİ
“Respublika Perinatal Mərkəzi”ndə 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən son iclasda təqsirləndirilənlər son söz deyib, ardınca hökm elan edilib. Məhkəmənin hökmünə əsasən, Mehriban Abbasquliyeva 7 il 3 ay, Hamlet […]
“Qarabağ” Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
“Qarabağ” heyətini yeni qapıçı ilə gücləndirməyə yaxındır. Canlixeber.com xəbər verir ki, Ağdam təmsilçisi Xorvatiyanın “Riyeka” klubunun kapitanı Martin Zlomisliçin transferini demək olar ki, yekunlaşdırıb. Bosniya və Herseqovina millisinin üzvü olan qolkiperin keçidi ilə bağlı tərəflər arasında əsas razılıq əldə olunub. Transferin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir. Bildirilir ki, bu keçiddən “Riyeka” təxminən 500 min avro gəlir əldə […]
