Xəbər lenti
Sosial
Sonuncu xəbərlər
Azərbaycanın ən yaşlı sakini vəfat etdi – 136 il ömür sürdü
Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat edib. Canlixeber.com Report-a istinadla bildirir ki, ölkənin ən yaşlı sakini olan 1890-cı il təvəllüdlü Tamam Əli qızı Əzizova bu gün müalicə aldığı Lənkəran Rayon Mərkəzi Xəstəxanasında ölüb. Əslən Yardımlı rayonundan olan T.Əzizova ailə qurduqdan sonra Lənkərana köçüb, 4 övladı olub.
Beş milyon manatlıq siqaret qaçaqmalçılığı işi üzrə istintaq yekunlaşdı
Ötən ilin ən böyük əməliyyatlarından biri olan 5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı ilkin istintaq başa çatıb. Canlixeber.com xəbər verir ki, təqsirləndirilən şəxslərə artıq yekun ittiham elan edilib. Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının sahibi Ruslan Eyyubov, limanın rəisi Rəşad Daşdəmirov, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubov və […]
Yenidoğulmuşlarda qan qrupu necə təyin edilir?
“Qan transfuziyası müasir tibbin həyatqurtaran prosedurlarından biridir. Bu prosesin təhlükəsizliyi ilk növbədə dəqiq immunohematoloji diaqnostikadan asılıdır. Qan qrupunun səhv təyin edilməsi və ya uyğunsuz qan komponentinin köçürülməsi immunoloji hemolitik reaksiyalara, ağır orqan çatışmazlığına, hətta ölümə səbəb ola bilər. Bu risk xüsusilə yenidoğulmuşlarda daha yüksəkdir”. Oxu.Az xəbər verir ki, bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” […]
Ali Məhkəmənin xəbərdarlığı: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır
Məhkəmə praktikasından görünür ki, bəzən şəxslər hər hansı qanunsuz nəticə əldə etmək məqsədilə kiməsə pul və ya başqa əmlak verirlər. Oxu.Az xəbər verir ki, bu barədə Ali Məhkəmənin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, vədlər yerinə yetirilmədiyi halda isə adətən, mülki məhkəmədə verilmiş pulun qaytarılması barədə iddialar irəli sürülür. Lakin bir qayda olaraq həmin pulu məhkəmə […]
Yaşayış binasında yanğın olub
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Canlixeber.com xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onaltımərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsində yerləşən mənzilin eyvanında baş vermiş yanğın […]
Azərbaycanlıya Ukraynada yüksək vəzifə verildi
Ukraynada azərbaycanlı Gündüz Məmmədov bu ölkənin Silahlı Qüvvələrinin Hərbi Hüquq-Mühafizə Xidmətinin rəis müavini təyin edilib. Canlixeber xəbər verir ki, bu barədə əmri Ukrayna müdafiə naziri Mixaylo Fedorov imzalayıb. G.Məmmədov əslən Azərbaycanın Gəncə şəhərindəndir. O, uzun müddət Ukrayna prokurorluq orqanlarında işləyib. 2014-cü ilin iyulundan Odessanın prokuroru, 2015-ci ilin dekabrından Odessa vilayəti prokurorunun müavini postunu tutub. Ukrayna […]
Nazir müavinindən ƏTİN QİYMƏTİ ilə bağlı açıqlama
“Azərbaycanda ət bazarında qiymətlərin sabitləşməsinin istehsalın artırılması və maya dəyərinin azaldılması hesabına təmin olunacağı gözlənilir”. Canlixeber.com xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev Kənd Təsərrüfatı Nazirliyində keçirilən mətbuat konfransında deyib. O bildirib ki, əsas məqsəd ət istehsalını artırmaq, məhsuldarlığı yüksəltmək və istehsal xərclərini azaltmaqdır: “Hazırda Azərbaycanda mal ətinə tələbatın 83.7%-i, qoyun ətinə […]
Bakıda yeni körpü tikilir
M-2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan qəsəbəsi ərazisindən keçən hissədə yerləşən qəzalı körpü sökülərək yeni biraşırımlı körpünün inşasına start verilib. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, hazırda ərazidə svayvurma işləri yekunlaşdırılaraq, yeni körpünün dayaqlarının inşası istiqamətində müvafiq işlər görülür. Xatırladaq […]
Siyəzəndə qadın sürücü QƏZA TÖRƏTDİ: Azyaşlı övladı öldü
Siyəzəndə yüksək sürətlə idarə olunan avtomobil idarəetmədən çıxaraq aşıb. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) açıqlama yayıb. Bildirilib ki, hadisə səbəbindən qadın sürücünün avtomobildə olan azyaşlı övladı həyatını itirib. Qeyd olunub ki, Bərdədə isə avtomobili sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə edən şəxsin törətdiyi qəzada onun həyat yoldaşı dünyasını […]
Bakıda tanınmış həkim VƏFAT ETDİ
Bakıda tanınmış baş həkim vəfat edib. Canlixeber.com xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. Belə ki, tanınmış stomatoloji klinikalardan birinin baş həkimi kimi fəaliyyət göstərən Vaqif Səmədov vəfat edib.
