Sonuncu xəbərlər
Lənkəranda 30 yaşlı kişinin meyiti tapıldı
Lənkəranda 30 yaşlı kişinin meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Qumbaşı kəndində qeydə alınıb. 1996-cı il təvəllüdlü Tacəddin Həbibovun meyiti yaşadığı evin həyətində aşkarlanıb. Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Yevlaxda kanaldan kişi meyiti tapıldı
Yevlaxda kanaldan kişi meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə Aran qəsəbəsi ərazisində qeydə alınıb. 1973-cü il təvəllüdlü qəsəbə sakini Qasımov İxtiyar Vəli oğlunun meyiti qəsəbə ərazisindən keçən su kanalında aşkar edilib. İlkin məlumata görə, o, içkili vəziyyətdə olarkən kanala yıxılıb. Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda baş verən qəzada bir nəfər ölüb
Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhərindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Canlixeber.com xəbər verir ki, hərəkətdə olan “Hyundai” markalı minik avtomobili yolu keçmək istəyən kişini vurub. Nəticədə o aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Qəzanın başvermə səbəbləri araşdırılır.
Maştağa və Buzovna qəsəbələrində qaz olmayacaq
Bu gün Bakının Sabunçu və Xəzər rayonlarının bəzi qəsəbələrinin qaz təchizatında fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar işlər başa çatanadək Sabunçu rayonunun Maştağa qəsəbəsinin, Xəzər rayonunun Buzovna qəsəbəsinin bir hissəsinin, Binə Atçılıq yaşayış massivinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
“Birbaşa Bakı” və “Zirə” Çempionlar Liqasının 1/8 final mərhələsində mübarizəyə başlayır
“Birbaşa Bakı” və “Zirə” komandaları İspaniyanın Kambrils şəhərində təşkil olunan minifutbol üzrə Çempionlar Liqasında bu gün 1/8 final mərhələsində mübarizəyə başlayacaqlar. Canlixeber.com xəbər verir ki, “Birbaşa Bakı” İngiltərənin “Bukovina Badeuti” komandası ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 14:45-də start götürəcək. “Zirə” isə Monteneqro təmsilçisi “Sbbet”lə görüşcək. Bu görüş isə saat 16:00-da başlayacaq. Qeyd […]
Şəmkirdə avtomobil qadını vuraraq öldürüb
Şəmkirdə avtomobil qadını vuraraq öldürüb. Canlixeber.com xəbər verir ki, Vəliyev Vidadi Rəhim oğlu “VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən piyada Qasımova Almaz Ədil qızını vurub. Qadın xəstəxanaya yerləşdirilsə də, orada ölüb. Faktla bağlı cinayət işi başlanılıb.
Nadir Quliyev keçmiş vəzifəsinə qayıtdı
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionun rəhbərliyində dəyişiklik baş verib. Canlixeber.com xəbər verir ki, stadionun direktor vəzifəsinə Nadir Quliyev təyin olunub. Belə ki, Nadir Quliyev əvvəllər də stadionun direktor vəzifəsində çalışıb. Qeyd edək ki, o, 2024-cü ildə öz ərizəsi ilə işdən çıxmışdı. Hazırda stadionun direktoru vəzifəsində çalışan Şahin İmranov isə postu öz ərizəsi əsasında tərk […]
Bakı-Sumqayıt qatarlarının sərnişinlərinə ŞAD XƏBƏR
Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə hərəkət edən qatarların qrafikində dəyişiklik edilib. Canlixeber.com xəbər verir ki, indiyədək Sumqayıtdan saat 06:48-də yola düşən qatar bu gündən etibarən 06:43-də hərəkətə başlayacaq. Bakı-Pirşağı-Sumqayıt istiqamətində saat 17:40-da əlavə qatar reysə buraxılıb. Həmçinin Sumqayıt-Pirşağı-Bakı istiqamətində saat 06:57 və 07:45-də əlavə qatar reysləri təyin olunub. Eyni istiqamətdə saat 07:10-da hərəkət edən ekspres qatarın yola […]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
Sentyabrın 25-i saat 09:00-a olan faktiki hava açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin Quba-Qusar bölgəsinin bəzi yerlərində arabir yağış yağır. Düşən yağıntının miqdarı Qusarda 7, Xaçmaz və Qubada 1 mm-dək qeydə alınır. Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti […]
Paytaxtda işıq kəsiləcək ərazilər AÇIQLANDI
Bakının Yasamal və Zirə qəsəbələrinin bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 25-də paytaxtın bəzi ərazilərində elektrik şəbəkəsində təmir işləri aparılacaq. Yasamal Rayon Enerji Təchizatı […]
