Bakı-Sumqayıt qatarlarının sərnişinlərinə ŞAD XƏBƏR
1 min read

Bakı-Sumqayıt qatarlarının sərnişinlərinə ŞAD XƏBƏR

Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə hərəkət edən qatarların qrafikində dəyişiklik edilib.

Canlixeber.com xəbər verir ki, indiyədək Sumqayıtdan saat 06:48-də yola düşən qatar bu gündən etibarən 06:43-də hərəkətə başlayacaq.

Bakı-Pirşağı-Sumqayıt istiqamətində saat 17:40-da əlavə qatar reysə buraxılıb. Həmçinin Sumqayıt-Pirşağı-Bakı istiqamətində saat 06:57 və 07:45-də əlavə qatar reysləri təyin olunub.

Eyni istiqamətdə saat 07:10-da hərəkət edən ekspres qatarın yola düşmə vaxtı 07:20-yə dəyişdirilib. Saat 07:20-də hərəkət edən qatar isə bundan sonra 07:10-da yola düşəcək.

Bundan əlavə, saat 08:10-da hərəkət edən ekspres qatarın yola düşmə vaxtı 07:57-yə keçirilib.

Digər dəyişikliklərlə hərəkət cədvəlindən tanış ola bilərsiniz.