Sonuncu xəbərlər
“Xankəndi” klubuna yeni baş məşqçi təyin olundu
“Xankəndi” klubunda baş məşqçi təyinatı gerçəkləşib. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, klubla Röyal Nəcəfov arasında müqavilə imzalanıb. Razılaşmaya əsasən, Röyal Nəcəfov 2026/2027-ci illər mövsümünün sonunadək “Xankəndi”nin baş məşqçisi vəzifəsini icra edəcək.
Türkiyəli məşhur mütəxəssis Azərbaycan millisinin baş məşqçisi oldu
Azərbaycanın voleybol üzrə yeniyetmə və gənc qızlardan ibarət milli komandalarının baş məşqçisi vəzifəsinə türkiyəli mütəxəssis Gökhan Edman təyin olunub. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb. G.Edmanın rəhbərliyi altında Türkiyənin gənc qızlardan ibarət millisi 2011-2012-ci illər mövsümündə Avropa çempionu olub, 2012-2013-cü illərdə isə dünya çempionatını 5-ci pillədə başa vurub. O, həmçinin […]
Bakıda hamamı kombisiz qoyanlar TUTULDULAR
Bakıda hamamdan oğurluq edilib. Canlixeber.com xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisindəki hamamlardan birində baş verib. Naməlum şəxslər hamamdan 5000 manat dəyərində 3 ədəd kombi aparatı oğurlayıblar. Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Abdullazadə və əvvəllər məhkum olunmuş R.İsrafilov saxlanılıblar. Araşdırma zamanı E.Abdullazadənin Masallı rayonunda bir […]
İnfantino Hövsana gəldi
FIFA prezidenti Canni İnfantino Bakıya gəlib. Onun səfəri elan edilmədən, gizlicə reallaşıb. Canlixeber.com xəbər verir ki, səfərin məqsədi Bakıda oktyabrın son həftəsində keçiriləcək U-15 dünya çempionatına hazırlıqlar ilə tanış olmaqdır. Bu gün ilk olaraq Hövsanda inşa olunan meydançalara baxış keçirilib. İnfantino bu məqsədlə qısa müddətdə istifadəyə hazırlanan 10 meydança ilə tanış olub. FIFA prezidentini təxminən […]
Qarabağ Universiteti yayılan iddialara aydınlıq gətirib
Qarabağ Universitetində idman müəllimi kimi fəaliyyət göstərdiyi iddia edilən Faiq Məmmədov adlı şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı məsələyə ali təhsil müəssisəsi aydınlıq gətirib. Azərbaycan müəllimi xəbər verir ki, universitetdən mediada adı hallanan Faiq Məmmədovun Qarabağ Universitetində heç vaxt çalışmadığı və universitetlə hər hansı əməkdaşlığı olmadığı bildirilib: “Hörmətli media nümayəndələrindən Qarabağ Universiteti ilə bağlı […]
Bakıda DƏHŞƏT: Sevgilisinin oğlunu xüsusi amansızlıqla öldürmək istədi
Bakıda azyaşlı uşağı xüsusi amansızlıqla öldürmək istəyən Rəşad İsmayılovun barəsindəki qərardan kassasiya şikayəti verilib. Canlixeber.com xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq. Qeyd edək ki, hadisə 2024-cü ilin sentyabrında Türkan qəsəbəsində baş verib. Qəsəbə ərazisində yaşayan qadın polisə şikayət edərək tanışı Rəşad adlı şəxsin gecə saatlarında onun 6 yaşlı oğlunu […]
Ağsuda meşədə yanğın törədən şəxs saxlanıldı
Ağsu rayonunda meşədə yanğın törədən şəxs saxlanılıb. Canlixeber.com xəbər verir ki, hadisə sentyabrın 28-də Ağsu rayonunun Kalva kəndi ərazisində baş verib. Kənd ərazisində ərazisində yerləşən fermanın həyətində yanğın baş verib və yaxınlıqdakı meşə sahəsinə keçib. Nəticədə 30 hektar ərazidə ağac və kol-kos yanıb. Polis əməkdaşları tərəfindən ehtiyatsızlıqdan yanğın törədən 1 nəfər müəyyən olunaraq saxlanılıb. Faktla […]
Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri saxlanıldı
Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri Ferhat Gündoğdu və daha altı komitə nümayəndəsi saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb. Məlumata görə, sözügedən şəxslər rəsmi sənədlərdə saxtakarlıq etmə və kütləvi nümayiş iddiaları əsasında nəzarətə alınıblar.
Azərbaycanda məşqçidən tələbə qızlara qarşı ŞANTAJ VƏ TƏCAVÜZ
Azərbaycanda universitetlərdən birində təhsil alan iki tələbə qız şantaj edilib. Canlixeber.com xəbər verir ki, futbol məşqçisi olan Bakı şəhər sakini Faiq Əhmədov (soyad şərtidir) universitetin tələbəsi olan Gülnarla (ad şərtidir) tanış olub və aralarında münasibət yaranıb. Bir müddətdən sonra Faiq Gülnarın rəfiqəsi olan Xəyalə (ad şərtidir) ilə də tanış olub. Məlum olub ki, Xəyalə Coşqun […]
Azərbaycanda cari ildə meyitdən neçə ürək transplantasiyası həyata keçirilib?
Azərbaycanda bu ilin ilk 9 ayında bir meyitdən ürək transplantasiyası həyata keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib. Bildirilib ki, həyata keçirilən ürək transplantasiyası uğurlu olub. 2026-cı ilin sentyabrına qədər Azərbaycanda ümumilikdə 3 ürək transplantasiyası həyata keçirilib. Xatırladaq ki, Azərbaycanda və ümumilikdə Qafqaz regionunda […]
