Bakıda DƏHŞƏT: Sevgilisinin oğlunu xüsusi amansızlıqla öldürmək istədi
Bakıda azyaşlı uşağı xüsusi amansızlıqla öldürmək istəyən Rəşad İsmayılovun barəsindəki qərardan kassasiya şikayəti verilib.
Canlixeber.com xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, hadisə 2024-cü ilin sentyabrında Türkan qəsəbəsində baş verib. Qəsəbə ərazisində yaşayan qadın polisə şikayət edərək tanışı Rəşad adlı şəxsin gecə saatlarında onun 6 yaşlı oğlunu yuxudan oyadaraq heç bir səbəb göstərmədən əziyyət verdiyini və müxtəlif bədən xəsarətləri yetirdiyini bildirib.
Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində azyaşlını incidən 1987-ci il təvəllüdlü Rəşad İsmayılov saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşad İsmayılov 15 il azadlıqdan məhrum edilib.
