Sosial
Sonuncu xəbərlər
Yuri Vernidub: “Əlimizdən gələni edəcəyik ki, “Neftçi” layiq olduğu yerdə qərar tutsun”
“Neftçi” yeni mövsümdə layiq olduğu yerdə qərar tutmaq üçün əlindən gələni edəcək. “Report” xəbər verir ki, bunu baş məşqçi Yuri Vernidub klubun mətbuat xidmətinə açıqlamasında deyib. Təcrübəli mütəxəssis onunla müqavilə müddətinin artırılmasına münasibət bildirib: “Klub rəhbərliyinə təşəkkür edirəm ki, mənə böyük etimad göstərdilər. Yeni müqavilə ilə bağlı sual verəndə onlara demişdim ki, əgər hər şey yaxşıdırsa, […]
Sosial şəbəkələrimizi necə dizayn etməliyik? – Mütəxəssis Açıqladı
“Müasir dövrdə sosial media səhifəsi artıq sadəcə paylaşım platforması deyil, brendin ictimai simasıdır”. Bu barədə Canlixeber.com-a danışan PR mütəxəssisi Züleyxa Ağaməliyeva deyib. Onun sözlərinə görə, insanlar hər hansı şirkət və ya mütəxəssis haqqında ilk təəssüratı çox vaxt məhz sosial media hesabı vasitəsilə formalaşdırırlar: “Buna görə də səhifənin hazırlanmasına yalnız dizayn baxımından deyil, kommunikasiya və reputasiya […]
Azərbaycanda məhkəmə hakimlərinin sayı açıqlanıb
2023-cü ilin əvvəlindən indiyədək 254 yeni hakim təyinatı olub. Canlixeber.com xəbər verir ki, bunu hakimliyə namizədlərlə keçirilən test imtahanı çərçivəsində jurnalistlərə açıqlamasında Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurov bildirib. O deyib ki, hazırda ölkəmizdə 705 məhkəmə hakimi fəaliyyət göstərir. “Vakant yerlərə yeni təyinatların aparılması məqsədilə hakimliyə namizədlərin seçimi prosesi fasiləsiz davam etdirilir. Hazırda 67 hakimliyə […]
Bakıda külək əsir, rayonlarda yağış yağır – FAKTİKİ HAVA
İyunun 28-i saat 12:00-a olan faktiki hava açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, iyunun 28-i saat 12:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində arabir şimşək çaxır, yağış yağır. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclüdür. Düşən yağıntının miqdarı Yardımlıda 43 (aylıq normanın 93%-i), Şamaxıda 40 (aylıq normanın […]
Hakim olmaq istəyənlər İMTAHAN VERİRLƏR
Dövlət İmtahan Mərkəzinin Elektron İmtahanlar Korpusunda hakimliyə namizədlər üçün keçirilən növbəti test imtahanında 333 nəfər iştirak edir. Canlı xəbər.com xəbər verir ki, bunu imtahan çərçivəsində jurnalistlərə açıqlamasında Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurov bildirib. Onun sözlərinə görə, keyfiyyətli ədalət mühakiməsinin təmin olunması, məhkəmə sisteminə güvənin artırılması məqsədilə hakim korpusunun peşəkar, yüksək bilik və mənəvi keyfiyyətlərə malik […]
Ağdərədə avtobus aşıb, xeyli sayda yaralı var
Ağdərə rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, rayon ərazisində avtobusun aşması nəticəsində xeyli sayda şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hazırda yaralılar Ağdam və ətraf rayonlardan cəlb olunan təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanalara təxliyə edilirlər. Hadisənin başvermə səbəbi, yaralıların dəqiq sayı və digər təfərrüat araşdırılır.
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 11 vaqon buğda göndərilib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. Canlixeber.com xəbər verir ki, 11 vaqondan ibarət, çəkisi 770 ton olan buğda 28 iyun tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib. Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 34 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq […]
Ədliyyə nazirliyi onun sədrliyini təsdiqləmədi – Nəticə rədd edildi
Azərbaycan Kinematoqrafçılar İttifaqında keçirilən son sədr seçkisi Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilməyib. Canlixeber.com xəbər verir k, Azərbaycan Kinematoqrafçılar İttifaqının son sədr seçkilərində yeganə namizəd kimi Əli İsa Cabbarovun namizədliyi irəli sürülmüş və onun sədr seçildiyi açıqlanmışdı. Daha sonra seçkilərin nəticələri protokollaşdırılaraq təsdiq olunması üçün Ədliyyə Nazirliyinə göndərilib. Lakin nazirlik Əli İsa Cabbarovun sədr seçilməsini təsdiqləməyib, […]
Təhlükəli motosiklet sürücüsünü polis saxlanılıb
Paytaxt ərazisində motosiklet sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozmasına dair sosial şəbəkələrdə yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, keçirilən tədbirlərlə nəqliyyat vasitəsini idarə edən 2008-ci il təvəllüdlü Amin Məmmədov müəyyən edilərək saxlanılıb. Onun barəsində hüququ məsuliyyət tədbirləri görülür.
Evdə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edildi
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin (uşaq) mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Canlixeber.com xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunublar. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.
