Serial
“Forsaj” seriala çevrilir: Premyera tarixi məlum oldu
“Peacock” striminq platforması “Forsaj” kino franşizası əsasında serial çəkəcəyini elan edib. İlk dəfə 2026-cı ilin mayında haqqında danışılan layihənin hazırlanmasına artıq rəsmi razılıq verilib. Canlixeber.com xəbər verir ki, bu barədə “Variety” nəşri məlumat yayıb. Məlumata görə, franşizanın ulduzu Vin Dizel serialın icraçı prodüseri olacaq. Onun layihədə aktyor kimi də iştirak edib-etməyəcəyi isə hələlik məlum deyil. […]
“Yeraltı”nın yayım tarixi bəlli oldu
Türkiyəli aktyorlar Devrim Özkan, Deniz Can Aktaş və Uraz Kayqılaroğlunun baş rollarını paylaşdığı “Yeraltı” serialının ikinci mövsümünün çəkilişlərinə start verilib. Canlixeber.com xəbər verir ki, serialın aktyor heyətinə İsmail Hacıoğlu da daxil olub. O, ekran işində “Bozo”nun düşmənini canlandıracaq. Layihənin 7 oktyabrda tamaşaçıla təqdim olunacağı planlaşdırılır.
Hazal Kaya “Uzak şehir”dən imtina etdi
Hazal Kayanın “Uzak şehir” serialından imtina edib. Canlixeber.com xəbər verir ki, buna səbəb onun xaricə köçmək və övladlarına daha çox vaxt ayırmaq istəməsidir. Serialda onun yerinə başqa qadın aktrisanın çəkilməsi üçün axtarış aparılır. Qeyd edək ki, serialın baş rolunu Sinem Ünsalla Ozan Akbaba paylaşır.
Tanınmış aktyor tarixi seriala çəkiləcək
Türkiyəli aktyor Kaan Turqutun yeni serialı bəlli olub. Canlixeber.com xəbər verir ki, aktyor “Mehmed Fetihler Sultanı” serialında çəkiləcək. O, layihədə “Zeno” obrazını canlandıracaq. Qeyd edək ki, Kaan sonuncu dəfə “Eşref Rüya” serialında rol alıb.
