1 min read

Ağdamda məktəbli velosipeddən yıxıldı: Vəziyyəti ağırdır

Ağdam rayonunda yeniyetmə oğlan velosipeddən yıxılıb. Canlixeber.com xəbər verir ki, hadisə iyunun 28-də günorta saatlarında rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə sakini – 2012-ci il təvəllüdlü Xəyal Anar oğlu Muxtarlı qəsəbə ərazisində velosiped sürərkən müvazinətini itirərək yıxılıb. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bərdə Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Yeniyetmənin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə […]

1 min read

Şəmkirdə itkin düşən yeniyetmənin meyiti tapıldı

Şəmkirdə itkin düşən yeniyetmənin meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb. 2012-ci il təvəllüdlü F.Rzayevin yaşadığı evin arxa hissəsində meyiti tapılıb. 14 yaşlı yeniyetmənin ölüm səbəbi məlum deyil. Onun dünəndən itkin düşdüyü bildirilir. Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.

1 min read

Yasamalda BYD markalı avtomobil aşıb, xəsarət alanlar var

Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. İlkin məlumata görə, BYD markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları, təcili tibbi yardım briqadaları və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

1 min read

Şəmkirdə evdən qadın meyiti tapılıb

Şəmkirdə evdən 69 yaşlı qadının meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Şiştəpə kəndində qeydə alınıb. Məlumata görə, kənd sakini 1957-ci il təvəllüdlü X. Gözəlovanın meyiti yaşadığı evdə aşkarlanıb. Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. 69 yaşlı qadının hansı şəraitdə ölməsi məlum deyil. Faktla bağlı Şəmkir rayon prokrorluğunda araşdırma aparılır

1 min read

Lerikdə avtomobil dərəyə aşıb, xəsarət alanlar var

Lerikdə yol-nəqliyyat qəzasında biri azyaşlı olmaqla 4 nəfər xəsarət alıb. Canlixeber.com xəbər verir ki, hadisə Lənkəran-Lerik magistralında baş verib. Astara rayon sakini 1989-cu il təvəllüdlü Elnur Ibrahim oğlu Qurbanlı idarə etdiyi “Opel” markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəqliyyat vasitəsi hündürlükdən dərəyə aşıb. Dərəyə aşan avtomobil ağaca çırpılaraq dayanıb. Qəza nəticəsində avtomobildə sərnişin […]

1 min read

Gəncədə sükan arxasında infarkt keçirən sürücü ölüb

Gəncə şəhərində sürücü sükan arxasında infarkt keçirib, avtomobil qəzaya düşüb. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Müseyib Bağırov küçəsində qeydə alınıb. Belə ki, “Opel” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Hadisə yerinə təcili yardım briqadası və yol polisi əməkdaşları cəlb olunub. Məlum olub ki, avtomobilin sürücüsü orta yaşlı kişi sükan arxasında infarkt keçirərək dünyasını dəyişib. […]

1 min read

Ağdərədə avtobus aşıb, xeyli sayda yaralı var

Ağdərə rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, rayon ərazisində avtobusun aşması nəticəsində xeyli sayda şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hazırda yaralılar Ağdam və ətraf rayonlardan cəlb olunan təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanalara təxliyə edilirlər. Hadisənin başvermə səbəbi, yaralıların dəqiq sayı və digər təfərrüat araşdırılır.

1 min read

Evdə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edildi

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin (uşaq) mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Canlixeber.com xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunublar. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.