Bakıda 36 yaşlı kişi evində ölü tapıldı
Bakıda mənzildən meyit tapılıb.
Canlixeber.com xəbər verir ki, hadisə avqustun 6-da axşam saat 21 radələrində paytaxtın Binəqədi rayonunda qeydə alınıb.
Saatlı rayon sakini – 1991-ci il təvəllüdlü Xubayar Ehtibar oğlu Rüstəmzadənin nəşi paytaxtda yaşadığı mənzildə tapılıb. Hadisə yerinə polis əməkdaşları gəliblər və meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.
Faktla bağlı araşdırmalar aparılır.
