Suda batma
Dənizdə batan üç şəxsin axtarışları aparılır
“Dənizdə boğulan 3 nəfərin axtarışları bu günə kimi davam etdirilir”. Canlixebe.com xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili çimərlik mövsümünün başa çatması ilə bağlı keçirilən brifinqdə deyib. O bildirib ki, axtarışlar iyul ayından etibarən davam […]
Dənizdə batan tələbələrin meyitləri tapıldı
Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan şəxslərin meyitləri tapılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN)məlumat yayıb. Bildirilib ki, 2008-ci il təvəllüdlü olan Əlipaşa Natiq oğlu Əlizadənin və 2008-ci il təvəllüdlü Elmin Elman oğlu Əmrəliyevin meyitləri FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda […]
Həkəri çayında batan şəxsin meyiti 2 ay sonra tapıldı
İyulun 4-də Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində batan şəxsin meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, 1962-ci il təvəllüdlü Nuşirəvan Mehdi oğlu Həsənovun meyiti FHN-in xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Astarada bir nəfər dənizdə batıb
Astarada bir nəfər (kişi) dənizdə batıb. Canlixeber.com xəbər verir ki, hadisənin şəhərin “Bulvar” ərazisində baş verdiyi bildirilir. İlkin məlumata görə, dənizdə batdığı bildirilən şəxs Masallı rayonu Kosagül kəndinin sakinidir. Bu barədə FHN-in Cənub Regional Mərkəzinə məlumat daxil olub. Onun şəxsiyyəti dəqiqləşdirilir. Hazırda həmin şəxsin axtarışları aparılır.
Bilgəhdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi
Bilgəh ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, hadisə “Bilgəh” sularda xilasetmə məntəqəsindən kənarda, qeyri-çimərlik ərazidə baş verib. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları şəxsi xilas ediblər.
Beyləqanda su kanalında batan şəxsin meyiti tapılıb
Beyləqanda su kanalında batan şəxsin meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, axtarışlar nəticəsində R.Hümbətəliyevanın nəşi batdığı yerdən bir neçə kilometr aralıda, rayonun Kürdlər kəndi ərazisində tapılaraq aidiyyəti üzrə təhvil verilib. ** Beyləqanda su kanalında batan şəxsin kimliyi məlum olub. Canlixeber.com xəbər verir ki, Yuxarı Qarabağ kanalında batan şəxs rayon sakini, 19 yaşlı Rəvanə Rəşad qızı […]
Beyləqanda qadın kanalda batdı
Beyləqanda qadın su kanalında batıb. Canlixeber.com xəbər verir ki, hadisə Yuxarı Qarabağ kanalının rayonun II Aşıqlı kəndi ərazisindən keçən hissəsində baş verib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Qadının axtarışı və xilas edilməsi istiqamətində tədbirlər görülür.
Samuxda Kürdə batan qızın meyiti TAPILDI
Samux rayonu, Yenikənd kəndində kanalda batan şəxsin meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən 2009-cu il təvəllüdlü Gülnaz Elçin qızı Məmmədovanın meyiti tapılıb. Meyit aidiyyəti üzrə təhvil verilib.
Samuxda Kürdə bir nəfər batıb
Samux rayon ərazisində 1 nəfər Kür çayında batıb. Canlixeber.com xəbər verir ki, hadisə Kür çayının rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, Kür çayında bir nəfər boğulub. Hazırda hadisə yerinə FHN xilasediciləri cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Naxçıvanda gecə saatlarında kanalda batan şəxs xilas edildi
Gecə saatlarında Naxçıvanda Uzunoba Su Anbarını qidalandıran kanalda bir nəfər batma təhlükəsi ilə üzləşib. Canlixeber.com xəbər verir ki, bu barədə Naxçıvan Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Sularda xilasetmə bölməsinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb ediliblər. Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində kanalda batma təhlükəsində olan vətəndaş […]
