Hadisə
Hacıqabulda 15 yaşlı yeniyetmə qəza törədib
Hacıqabulda 15 yaşlı oğlan anasının maşınını qaçıraraq qəza törədib. Canlixeber.com xəbər verir ki, hadisə shər saatlarında qeydə alınıb. 2011-ci il təvəllüdlü Ə. İ. anasına məxsus “Changan” markalı avtombili icazəsiz idarə edərkən şəhər ərazisində hasara çırparaq qəza törədib. Nəticədə xəsarət alan yeniyetmə Şirvan şəhər xəstəxanasına yerləşdirlib. Faktla bağlı araşdırma aparılır.
Xəzərdə batan 3 nəfərin axtarışları davam edir
İyulun 6-da Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batdığı ehtimal edilən 2007-ci il təvəllüdlü Məmmədzadə Zeynəb Rasim qızının, iyulun 15-də Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batdığı ehtimal edilən 2004-cü il təvəllüdlü Qarayev Elgün Elçin oğlunun və iyulun 16-da Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, “Daçnik” adlanan dənizdə nəzarətsiz […]
2-ci kurs tələbəsi vəfat etdi
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi vəfat edib. Canlixeber.com xəbər verir ki, dünyasını dəyişən ali təhsil müəssisəsinin 2-ci kurs tələbəsi Fərid Şirinovdur. Onun uzunsürən xəstəlikdən həyatını itirdiyi bildirilib.
Gəncədə avtomobil təmiri sexində meyit tapılıb
Gəncədə avtomobil təmiri sexində kişi meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, avtomobil təmiri sexində şəhər sakini 1988-ci il təvəllüdlü Ə.Əliyevin meyiti aşkarlanıb. Ölümün səbəbi hələlik məlum deyil. Məlumata görə, meyiti tapılan şəxs avtomobil ustası olub. Faktla bağlı araşdırma aparılır.
Şamaxı rayonunda zəlzələ baş verib
Pirqulu stansiyasından 15 km şimalda Şamaxı rayonunda zəlzələ qeydə alınıb. Canlixeber.com xəbər verir ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Verilən məlumatda bildirilib ki, yeraltı təkanın maqnitudası 3.1, dərinliyi isə 3 km olub.
Ağdamın bu kəndi YANIR
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdam rayonunun Kəngərli kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Canlixeber.com xəbər verir ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir. Əlavə məlumat veriləcək. Qeyd edək ki, gecə saatlarında Sarıcalı kəndində yanğın hadisəsi baş verib.
18 yaşlı oğlanın cəsədi sudan çıxarıldı
Xaçmazda dənizdə batan yeniyetmənin meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə Seyidli kəndi tərəfdə olub. 2008-ci il təvəllüdlü A.X.nin cəsədi sudan çıxarılıb. Yeniyetmə iyulun 21-də Nabrandakı nəzarətsiz ərazidə batıb.
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşüb
Salyan rayonunda 26 yaşlı çoban 85 baş qoyun-quzu ilə birlikdə itkin düşüb. Canlixeber.com xəbər verir ki, itdiyi ehtimal olunan 55 qoyun və 30 keçini özü ilə aparan çoban R.Rüstəmovun daha sonra həmin heyvanların 14-nü mənimsədiyi müəyyənləşib. R.Rüstəmovun eyni əməli əvvəllər də törətdiyi bildirilib.
Ağdamın kəndində güclü yanğın
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdam rayonunun Kəngərli kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Canlixeber.com xəbər verir ki, bu bərədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir. Əlavə məlumat veriləcək.
Xaçmazda kanalda 66 yaşlı qadının meyiti tapılıb
Xaçmaz rayonunda kanalda meyit aşkarlanıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Ağaşirinoba kəndi ərazisində qeydə alınıb. Meyiti tapılan şəxsin 1960-cı il təvəllüdlü Xudat şəhər sakini Leyla Ağamalıyeva olduğu müəyyən edilib. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
