1 min read

Lerikdə “Niva” aşıb

Lerik rayonunda baş verən yol-nəqliyyat hadisəsinin bəzi detalları məlum olub. Cənlixeber.com xəbər verir ki, hadisə bu gün saat 08:30-da Lerik-Lənkəran yolunun 37-ci kilometrliyində, Peştətük kəndi ərazisində baş verib. Lerik rayon sakini Aslan Cəbiyev idarə etdiyi “Niva” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın aşıb. Avtomobildə sürücü tək olub və yüngül bədən xəsarətləri alıb.

1 min read

Xəzərdə batmaqda olan iki nəfər XİLAS EDİLDİ

İki nəfər Bakının Sabunçu rayonunun Nardaran və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbələrində dənizdə nəzarətsiz ərazidə batma təhlükəsi ilə üzləşib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Məlumatlarla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib. Həyata keçirilən operativ xilasetmə əməliyyatları sayəsində dənizdə batma […]

1 min read

İsmayıllıda iki maşın toqquşub, bir nəfər ölüb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İsmayıllı rayonunun Uştal kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, Nazirliyin Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri qəza yerinə cəlb olunublar. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Toyota” və […]

1 min read

Nazirlik zirzəmisində ölü döl tapıldığı iddia edilən xəstəxana ilə bağlı məsələyə münasibət bildirib

“Sosial şəbəkələrdə “Vital Hospital”la bağlı yayılan məlumat Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin diqqətindədir”. Canlixeber.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. “Məsələ ilə bağlı araşdırmaya başlanılıb və hüquq-mühafizə orqanları məlumatlandırılıb. Araşdırmanın nəticələrinə əsasən ictimaiyyətə əlavə məlumat veriləcək”, – açıqlamada qeyd olunub. Qeyd edək ki, “Vital Hospital”da ölü doğulan uşağın zirzəmiyə atıldığı iddia edilir.

1 min read

DİN Salyanda baş verən qəza ilə bağlı məlumat yaydı

DİN-in Baş Dövlət yol Polisi İdarəsi dünən Salyanda 4 nəfərin öldüyü yol qəzası barədə məlumat yayıb. Canlixeber.com xəbər verir ki, iyulun 20-si saat 18:00 radələrində Salyan rayonunun Şorsulu kəndinin ərazisində həmin kəndin sakini Nazim Qasımovun idarə etdiyi “VAZ” markalı avtomobillə, əks istiqamətdə hərəkətdə olan Alçalı kənd sakini Razi Dadaşovun idarə etdiyi “Toyota” markalı avtomobil toqquşub. […]

1 min read

Kanada bankında direktor müavini olan azərbaycanlı gənc FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ

Kanadanın Toronto şəhərində yaşayan gənc soydaşımız vəfat edib. Canlixeber.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. O, “RBC Bank”da səhm qiymətləndirilmə üzrə direktor müavini vəzifəsində çalışıb. Cavid Babazadənin çoxmərtəbəli binadan yıxılması nəticəsində həyatını itirdiyi bildirilir.

1 min read

Qazaxda ata və qızı göldə batıb

Qazaxda iki nəfər göldə batıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Didvan gölündə qeydə alınıb. Belə ki, Canallı kənd sakinləri Rafael Xəlilov və onun qızı Rəvanə Xəlilova göldə batıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub, batan şəxslərin meyitləri göldən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

1 min read

Biləcəridə hoteldə meyit tapılıb

Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən hoteldə meyit tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə iyulun 18-də baş verib. Hoteldə Bakı şəhər sakini əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdlü İ.İbrahimovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı otaqda tapılıb. Araşdırma aparılır.